| 
								 
								
								 Bakıdakı 
								258 nömrəli orta məktəbdə uşaqlara həsr olunan 
								"Tərəvəzlərin adı, bir də..." adlı kitab işıq 
								üzü görüb.  Bu günlərdə kitabın təqdimetmə 
								mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan 
								təhsil ocağının direktoru Sədaqət Hüseynova 
								bildirdi ki, "Nurlar" nəşriyyat-poliqrafiya 
								mərkəzinin mətbəəsində ofset üsulu ilə çap 
								edilən kitabda şagirdlər  tərəvəzlərin 
								xüsusiyyətlərini, hansı vitaminlərlə zəngin 
								olmasını, onların vətənini, uşaqlar üçün xeyirli 
								olmasını öyrənə  bilərlər. 
								
								
								Tədbirdə çıxış edənlər kitabın uşaqlar üçün 
								əhəmiyyətindən danışdılar, belə tədbirlərin 
								vacibliyini vurğuladılar.  
								
								
								Sonda şagirdlər kitabda olan tərəvəzlər haqqında 
								tədbir iştirakçılarına məlumat verərək müxtəlif 
								rəqs nömrələri göstərdilər.  
								
								
								Rəşad ZİYADOV  |