| 
								 
								
								Respublikanın ümumtəhsil məktəblərində ənənəvi 
								"Son zəng " tədbirinin mütəşəkkil və səmərəli 
								keçirilməsini təmin etmək məqsədilə   
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. "Son zəng" tədbiri 31 may 2010-cu il  tarixdə 
								saat 10:00-dan başlayaraq üç saat müddətində 
								yalnız müəssisənin ərazisində keçirilsin. 
								
								
								2. Ümumtəhsil məktəblərində təşkil olunan  "Son 
								zəng" tədbirində valideyn komitələri, 
								valideyn-müəllim assosiasiyaları və 
								ictimaiyyətin nümayəndələrinin iştirakı təmin 
								edilsin. 
								
								
								3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, 
								rayon (şəhər) təhsil şöbələri  "Son zəng"in 
								məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri 
								vaxtında başa çatdırsınlar, şagirdlərin 
								təhlükəsizliyini təmin etmək məqsədilə zəruri 
								tədbirlər görsünlər, bu tədbiri məzunların 
								həyatında yaddaqalan əlamətdar hadisəyə çevirmək 
								üçün  valideynlərlə pedaqoji kollektivin birgə 
								səmərəli fəaliyyətinə nail olsunlar. 
								
								
								4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin "Azərbaycan müəllimi" qəzetində dərc 
								olunmasını təmin etsin. 
								
								
								5. Əmrin icrasına nəzarəti öz üzərimdə 
								saxlayıram.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								20 may 2010-cu il    |