| 
								 
								
								Naxçıvan  Dövlət  Universitetində  xarici 
								tələbələrin  məzun günü qeyd olundu. 
								
								
								Tədbirdə giriş sözü ilə çıxış edən universitetin 
								rektoru, akademik İsa Həbibbəyli   universitet 
								həyatında artıq ənənə halını alan belə 
								tədbirlərin əhəmiyyətini  vurğuladı, Türkiyə - 
								Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrindən 
								danışdı.  Qeyd olundu ki, universitetimiz  uzun  
								illərdir Türkiyə Cümhuriyyətinin bir sıra ali 
								məktəbləri ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq 
								edir, qardaş ölkə universitetlərinin elm,  
								təhsil, İKT sahəsindəki təcrübələrini öyrənir. 
								Vurğulandı ki,  universitetdə dünyanın 10 
								müxtəlif  ölkəsindən  təhsil  alan 245 xarici 
								tələbədən 207-si bakalavr, 20-si isə  magistr 
								olmaqla türkiyəli tələbələrdir ki, onların da 
								92  nəfəri bu il məzun olaraq  işgüzar həyata 
								atılacaqlar. Rektor bütün məzunlara uğurlar 
								dilədi. 
								
								
								Tədbirdə   iştirak   edən  Türkiyə 
								Cümhuriyyətinin  muxtar respublikadakı baş 
								konsulu Ayhan Enginar  da çıxış  edərək 
								məzunlara  burada qazandıqları bilikləri, 
								dəyərləri  gələcək  həyatlarında  tətbiq  
								etməyi,  qoruyub  saxlamağı  tövsiyə  etdi. 
								 
								
								
								Tarix-filologiya fakültəsinin dekanı, filologiya 
								elmləri namizədi, dosent, Naxçıvan MR-in əməkdar 
								müəllimi İman Cəfərov, incəsənət fakültəsinin 
								musiqişünaslıq  ixtisası üzrə II kurs tələbəsi   
								Rumiyə Qasımova, xarici tələbələr adından  
								tarix  ixtisası üzrə  hazırlıq kursunun 
								dinləyicisi, koreyalı Myongga Yaung,  beynəlxalq 
								münasibətlər ixtisası üzrə I kurs tələbəsi 
								Khairuz  Zaman  məzun-tələbələrə  səmimi  
								təbriklərini çatdırdılar. Məzunlar  adından  
								çıxış  edən  fizika - riyaziyyat  fakültəsinin 
								fizika ixtisasının  məzunu  Şahinduran Çingiz 
								universitetdə təhsil aldıqları müddətdə  əhatə  
								olunduqları  hərtərəfli  diqqət və qayğıya, 
								onlar üçün yaradılan şəraitə  görə  
								minnətdarlıqlarını ifadə etdi. Sonra bir qrup 
								məzuna universitet rəhbərliyi adından xatirə 
								hədiyyələri təqdim olundu. 
								
								
								Tədbir  tələbə  rəqs  qrupunun ifasında yallı  
								və  digər  rəqs nömrələri ilə yekunlaşdı. 
								 
								
								
								Nərmin CƏFƏROVA  |