| 
								 
								
								 Son 
								illər Azərbaycan Respublikası Təhsil Nazirliyi 
								ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
								Respublika Komitəsi arasında yaranmış işgüzar 
								əməkdaşlıq özünün müsbət nəticələrini 
								verməkdədir.  
								
								
								Təhsil Nazirliyi və TİAHİ Respublika Komitəsinin 
								birgə iştirakı ilə keçirilən müxtəlif tədbirlər 
								özünün mahiyyətinə və əhəmiyyətinə görə 
								ictimaiyyət tərəfindən maraqla qarşılanır. Bu 
								işlərin uğurla həyata keçirilməsində Azərbaycan 
								Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
								Respublika Komitəsi sədrinin  müavini Şaiq 
								Əsgərov yaxından iştirak edir.  
								
								
								Ş.Əsgərov 2000-ci ilin sentyabrında Azərbaycan 
								Dövlət İqtisad Universitetinin rektoru yanında 
								yaradılmış nəzarət və tərbiyə işləri üzrə 
								komissiyanın sədri, 2001-ci ildən isə 
								universitetdə tərbiyə işləri üzrə prorektor 
								vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə 
								işlədiyi  müddətdə daim öz işinə məsuliyyətlə 
								yanaşmış, dövlətimizin müəyyən etdiyi təhsil 
								siyasətinin uğurla həyata keçirilməsində gərgin 
								əmək fəaliyyəti göstərmişdir. Onun əməyi Təhsil 
								Nazirliyi tərəfindən qiymətləndirilərək Fəxri 
								fərmana layiq görülmüşdür. 2006-cı ilin 
								dekabrınadək prorektor vəzifəsində çalışan 
								Ş.Əsgərov elə həmin il  Azərbaycan Təhsil 
								İşçiləri Azad Həmkarlar İttifaqı Respublika 
								Komitəsi sədrinin müavini vəzifəsinə 
								seçilmişdir. Ş.Əsgərov özünün yüksək 
								təşkilatçılığı və bacarığı ilə fərqlənərək 
								2009-cu ildə Azərbaycan Həmkarlar İttifaqları 
								Konfederasiyasının İcraiyyə Komitəsinin qərarı 
								ilə "Yubiley medalı"na layiq görülüb. 
								
								
								Ş.Əsgərov ATİAHİ Respublika Komitəsi sədrinin 
								müavini kimi istər ölkəmizdə, istərsə də 
								komitənin üzv olduğu beynəlxalq təşkilatlarda öz 
								işini layiqincə yerinə yetirir. O, Təhsil 
								Nazirliyi ilə keçirilən birgə tədbirlərin 
								icrasına məsul şəxs kimi daim çalışdığı 
								təşkilatın mənafeyini düşünür, eyni zamanda 
								təhsil işçilərinin və  təhsil alanların əmək, 
								sosial, iqtisadi hüquqlarının qorunmasına 
								çalışır.  Onu da qeyd edək ki,  iqtisad elmləri 
								namizədi olan Şaiq müəllim  hazırda ADİU-nun 
								Marketinq və ticarət kafedrasının baş müəllimi 
								kimi elmi fəaliyyətlə də məşğul olur. 
								
								
								Şaiq Əsgərovun hər zaman işinə məsuliyyətli 
								olması, ölkənin təhsil sahəsində baş verən 
								proseslərdə fəallığı, onun gərgin əməyi 
								diqqətdən kənarda qalmayıb. Belə ki, bu günlərdə 
								"Ən yaxşı ümumtəhsil  məktəbi" və "Ən yaxşı 
								müəllim" müsabiqələrinin, həmçinin şagirdlər 
								arasında müsabiqə və olimpiadaların 
								keçirilməsində yaxından iştirakı və xidmətlərinə 
								görə o, Təhsil Nazirliyinin "Azərbaycan 
								Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı 
								ilə təltif olunub. 
								
								
								Bu münasibətlə Şaiq Əsgərovu təbrik edir, ona 
								yeni-yeni uğurlar arzulayırıq. 
								
								
								
								Samirə KƏRİMOVA  |