| 
								 
								
								Azərbaycan Respublikası  Prezidentinin "Mirzə 
								Fətəli Axundzadənin 200 illik yubileyinin 
								keçirilməsi haqqında" 851 nömrəli 13 aprel  
								2010-cu  il  tarixli  Sərəncamının icrasını 
								təmin etmək məqsədilə   
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. 2012-ci ildə böyük Azərbaycan mütəfəkkiri, 
								milli dramaturgiyamızın banisi, görkəmli ictimai 
								xadim və maarifçi Mirzə Fətəli Axundzadənin 200 
								illik yubileyinin keçirilməsi ilə əlaqədar 
								Təhsil Nazirliyinin tədbirlər planı təsdiq 
								edilsin. 
								
								
								2. Naxçıvan  MR  təhsil naziri, rayon, şəhər 
								təhsil şöbələrinin, idarələrinin  müdirləri,  
								ali,  orta  ixtisas,  texniki peşə  təhsili  
								müəssisələrinin  rəhbərləri  tədbirlər  
								planının  icrasını  təmin  etsinlər.  
								
								
								3. İctimaiyyətlə  əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin "Azərbaycan müəllimi" qəzetində dərc 
								olunmasını təmin etsin. 
								
								
								4. Ümumi şöbə  (H.Məhərrəmova) əmrin və 
								tədbirlər planının çoxaldılıb yerlərə 
								çatdırılmasını təmin etsin.  
								
								
								5. Əmrin icrasına nəzarət nazir müavini 
								E.Qasımova həvalə edilsin.    
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								19 may 2010-cu il    |