| 
								 
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyi, 
								Ekologiya və Təbii Sərvətlər Nazirliyi  və 
								Almaniyanın  GTZ  Təşkilatının  dəstəyi və 
								iştirakı ilə  Davamlı İnkişaf Cəmiyyəti  müəllim 
								və şagirdlər arasında vaxtaşırı olaraq  
								bilgilənmə işləri aparır. Cəmiyyətin xətti ilə 
								22 may Ümumdünya  Biomüxtəliflik   günü  və  
								cari ilin ölkəmizdə  "Ekologiya  ili" elan 
								olunması  ilə əlaqədar  mayın 17 və 19-da  Bərdə 
								və Füzuli rayonlarında  "Biomüxtəlifliyin  
								Davamlı  İdarə Olunması  Cənubi  Qafqazda  
								Texniki  Əməkdaşlıq  Proqramı" layihəsi 
								çərçivəsində müəllim və şagirdlər üçün 
								treninqlər keçirilib. Sözügedən layihədə məqsəd  
								Cənubi  Qafqaz ölkələrində  biomüxtəlifliyin   
								davamlı idarə olunması üçün mühitin  
								yaradılmasına  kömək etməkdir. Layihə habelə 
								orta məktəb müəllim və şagirdlərinin ekoloji 
								biliklərinin artırılmasını, əhalinin ekoloji 
								maarifləndirilməsini və ekoloji mədəniyyətin  
								formalaşdırılmasını  nəzərdə tutur. 
								
								
								Mayın 17-də  Bərdə rayonundakı  Zərifə Əliyeva 
								adına  texniki fənlər təmayüllü məktəb-liseydə,  
								mayın 19-da isə Füzuli rayonunun Əhmədbəyli 
								kəndində yerləşən RTŞ-ın  akt zalında keçirilmiş 
								treninqləri  milli məsləhətçi, Bakıdakı 204 
								nömrəli məktəbin müəllimi Almaz Həsrət və 
								Ekologiya və Təbii Sərvətlər Nazirliyi   
								Ornitologiya  şöbəsinin mütəxəssisi  Əbülfət  
								Səmədov aparıblar. Uğurla keçən seminarda  Bərdə 
								və Füzuli rayonlarının təhsil işçilərinə  22 may 
								Biomüxtəliflik günü ilə  əlaqədar  təlim 
								vəsaitləri paylanıb.  
								
								
								
								S.SƏFƏROVA  |