| 
								 
								
								Fənn kurikulumlarının tətbiqi mərhələsində Bərdə 
								rayon ibtidai sinif müəllimləri də təlimi günün 
								tələbləri əsasında təşkil və yüksək nəticələr 
								əldə etməyə çalışırlar. Onların fəaliyyətindəki 
								ən uğurlu məqamları dərindən öyrənmək və təhsil 
								ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan 
								Müəllimlər İnstitutunun əməkdaşları Zöhrə 
								Əliyeva və Solmaya Əmirəliyeva Bərdə rayonunun 8 
								nömrəli şəhər orta məktəbində olmuşlar. 
								
								
								Bu təhsil ocağında dörd I sinif və dörd II sinif 
								şagirdləri təhsil alır. AMİ-nin əməkdaşları 
								tərəfindən bu siniflərdə 3 gün müddətində 11 
								saat dərs dinlənilib, müzakirələr aparılıb, 
								müəllimlərə lazımi məlumatlar, materiallar və 
								metodik tövsiyələr verilmişdir. Birinci gün 
								müəllimlərin iştirakı ilə konfrans 
								keçirilmişdir. 
								
								
								Məktəbin ən fəal müəllimlərindən Könül Quliyeva, 
								Mətanət Məmmədova, Leyla Rüstəmova, Roza 
								İbrahimova, Rüxsarə Mirzəyeva və Nərgiz 
								Həsənovanın dərsləri dinlənilmişdir. Ezam 
								olunmuş mütəxəssislər tərəfindən çox bəyənilmiş 
								dərslərin videoçəkilişi elektron variantda 
								AMİ-nin fonduna (DVD) təqdim olunmuşdur.  |