| 
								 
								
								Mayın 21-də Bakıdakı 42 nömrəli orta məuktəbdə 
								Valideyn-Müəllim Assosiasiyasının təsis 
								konfransı keçirildi. 
								
								
								Tədbirdə çıxış edən məktəbin direktoru  Firəngiz 
								Həmidova qeyd etdi ki, bu təşkilatın 
								yaradılmasında əsas məqsəd valideyn və 
								müəllimlərin sıx əməkdaşlığı vasitəsilə 
								şagirdlərin təlim-tərbiyəsinin faydalılığını 
								artırmaq, valideynlə məktəb arasında səmərəli 
								ünsiyyət yaratmaqdır. Qeyd olundu ki, məktəbdə 
								yaradılan assosiasiya yüksək səviyyədə 
								qurulacaq, faydalı işlər görüləcək.  
								
								
								Azərbaycan Milli Valideyn-Müəllim 
								Assosiasiyasının icraçı direktoru Təranə 
								Şərifova çıxışında bildirdi ki, bu gün  məktəbdə 
								elə məsələlər var ki, onu nə valideyn məktəbsiz, 
								nə də məktəb valideynsiz həll edə bilmir.  
								Valideynlərin məktəblə əlaqəsinin zəif olması 
								təlim-tərbiyəyə mənfi təsir göstərir. Qeyd 
								edildi ki, bir çox regionlarda YUNİSEF və Təhsil 
								Nazirliyi ilə birlikdə sorğu aparılıb. Təranə 
								xanım daha sonra müəllim nüfuzundan da söhbət 
								açdı. 
								
								
								Sonra açıq səsvermə yolu ilə VMA-nın prezidenti 
								məktəbin valideyni, AMEA-nın İqtisadiyyat 
								İnstitutunun baş elmi işçisi Mübariz Bağırov 
								seçildi. İdarə heyəti və VMA-nın əsasnaməsi 
								təsdiq edildi. 
								
								
								Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								əməkdaşları Sitarə Məmmədova, Şəhla Kərimova, 
								Yaqut Məmmədova, MVMA-nın eksperti Şahin 
								Rəcəbov, Bakı  şəhərindəki 9, 15, 111, 151, 152 
								və 292 nömrəli məktəblərin direktorları, 
								valideynlər çıxış edərək VMA-ya uğurlar 
								dilədilər. 
								
								
								
								Ədalət DAŞDƏMİRLİ  |