| 
								 
								
								Bakıdakı  164 nömrəli orta məktəbdə  "Vətən 
								mənim, Vətən sənin, bizlər isə bu Vətənin" adlı  
								ədəbi-bədii musiqili tədbir keçirildi. 
								
								Giriş sözü ilə tədbiri  açan ibtidai sinif  
								müəllimi  Sevinc Məcidova  qonaqları 
								salamladıqdan, Vətən  anlayışı  haqqında 
								uşaqlara  geniş  məlumat verdikdən sonra  sözü  
								aparıcılara  verdi. Tofiq Quliyevin  "Vals" 
								rəqsinin sədaları altında səhnəyə daxil olan  
								aparıcılar məktəbin bir il ərzində  qazandığı  
								uğurları sözdə  yox,əyani göstərmək 
								istədiklərini bildirdilər. 
								
								
								Şagirdlərin  nümayiş etdirdikləri  rəngarəng  
								səhnəciklər, vətənpərvərlik mövzusunda  
								söylədikləri  şeirlər, ifa etdikləri  milli 
								rəqslər, oxuduqları "Kəndimiz", "Qurban olum, 
								Azərbaycan" mahnıları, "Qarabağ şikəstəsi"nin 
								xoş sədaları, dahi Üzeyirin "Uvertüra"sının 
								səslənməsi  iştirakçılarda xoş ovqat yaratdı... 
								
								
								Sonda məktəbin direktoru  Kəmalə Qədirova  
								çıxışında  məşhur bir kəlamı xatırlatdı: "O  
								xalq xoşbəxtdir ki, onun yaxşı müəllimləri var". 
								O, yaradıcı, qabaqcıl müəllimlər Sevinc Məcidova 
								və Təranə Bağırovanın hazırladıqları  tədbiri 
								yüksək qiymətləndirdi.Bakı  Şəhəri üzrə  Təhsil 
								İdarəsi Metodmərkəzinin  direktor müavini  
								Sitarə Məmmədova  isə  belə tədbirlərin 
								şagirdlərin təlim-tərbiyəsinə  müsbət təsir 
								göstərdiyini vurğuladı.    
								
								
								
								Sifai SƏFƏROVA  |