| 
								 
								
								 Bakıdakı 
								Bağça-məktəb-lisey kompleksində şair Almaz 
								İldırımın yaradıcılığına həsr olunmuş 
								ədəbi-bədii gecə keçirildi.  
								
								
								Tədbiri gecənin təşkilatçısı dil-ədəbiyyat 
								müəllimi Həbibə Sarıbəyli açdı. Unudulmaz şair 
								haqqında danışan dil-ədəbiyyat  müəllimi Kəmalə 
								İsayeva qeyd etdi ki,  Almaz  İldırım  cəmi  45  
								il  ömür  sürüb.  O,  sözün  əsl  mənasında,  
								Vətən  həsrəti  ilə  yazıb   yaradan şair  
								olmuşdur.  İstiqlal  şair  Almaz  İldırım  
								ömrünün  sonuna  kimi  Əhməd  Cavadı  özünə  
								ustad  bilmişdir. 
								
								
								Çıxışlarda bildirildi ki, sürgün həyatı yaşayan 
								Almaz İldırım  həmişə öz vətəni Azərbaycanın 
								müstəqilliyinə inanmışdır. 
								
								
								Ədəbi-bədii gecədə  V sinif şagirdləri Aydın 
								Cəfərli, Fidan  Həsənzadə, Çingiz İsmayılov, 
								Günel Fərəczadə və başqalarının iştirakı ilə  
								Almaz İldırımın yaradıcılığına  aid ədəbi-bədii 
								kompozisiya göstərildi və şairin şeirləri 
								söylənildi.  
								
								
								Şakir CƏFƏROV  |