| 
								 
								
								Bakıdakı 193 nömrəli orta məktəbdə tanınmış 
								rejissor Ziya Şıxlınski  ilə məktəbin pedaqoji 
								kollektivi və şagirdlərinin  görüşü keçirildi. 
								Tədbiri giriş sözü ilə məktəbin direktoru Rahim 
								Hüseynov açaraq  sənətkarın həyat və 
								yaradıcılığı barədə  məlumat verdi. Bildirdi ki, 
								Azərbaycanın tanınmış rejissoru Ziya Şıxlınski  
								40 il bundan qabaq bu məktəbdə oxumuşdur. 
								 
								
								
								Sonra söz qonağa  verildi. Ziya Şıxlınski 
								məktəbdə oxuduğu müddətdə yaddaqalan 
								xatirələrdən və  hazırda  rejissorluq   
								fəaliyyətindən  ətraflı  danışdı.   
								
								
								Həmin gün sənətkarın iştirakı ilə  XI sinif 
								şagirdi Günel Həsənovanın rəsm əsərlərindən 
								ibarət sərgiyə baxış da keçirildi. Məlum oldu 
								ki, Günel Həsənovanın 150-yə qədər rəsm əsəri 
								var. Arzusu Azərbaycan Rəssamlıq Akademiyasında 
								oxumaqdır. "Dünya uşaqların gözü ilə" rəsm 
								sərgisində iştirakına görə sertifikat alıb. 
								Heydər Əliyev adına Müasir Təhsil Kompleksində 
								keçirilən fotosərgidə iştirakına görə isə II yer 
								tutub. Bugünkü  rəsm əsərlərində isə Bakı 
								şəhərinin qədim guşələrindən olan İçərişəhər, 
								Qız qalası və Novruz bayramına aid məqamlar 
								təsvir olunurdu. 
								
								
								Sonda rejissor Ziya Şıxlınski Günel Həsənovanın 
								rəsm əsərlərindən ibarət olan bu  sərgidən  razı 
								qaldığını bildirdi. Məktəblilərin suallarına 
								cavab verən qonaq onlarla xatirə şəkli çəkdirdi. 
								
								
								
								Şakir CƏFƏROV  |