| 
								 
								
								Mayın 14-də Azərbaycan Dillər Universitetində 
								koreyalı gənclərin ölkəmizə səfəri çərçivəsində 
								tələbələrlə görüş keçirildi. Görüşdə Azərbaycan 
								Respublikası Gənclər və İdman Nazirliyinin 
								nümayəndələri, ADU-nun Koreya dili kafedrasının 
								koreyalı müəllimləri də iştirak edirdilər. 
								
								
								 Koreyalı qonaqların ADU-da görüşünün əsas 
								məqsədi azərbaycanlı tələbələrlə və Azərbaycanın 
								təhsil mühiti ilə yaxından tanış olmaq idi. 
								Görüş zamanı koreyalı gənclər ADU tələbələri ilə 
								fikir mübadiləsi apararaq Koreya və Azərbaycan 
								təhsil sistemləri haqda müzakirələr apardılar. 
								Sonra koreyalı qonaqlar azərbaycanlı dostlarına 
								hədiyyələr təqdim etdilər.  
								
								
								Tədbirin sonunda koreyalı gənclər ADU 
								İnformasiya və Resurs Kompleksi ilə yaxından 
								tanış oldular, eləcə də ADU Folklor mərkəzinin 
								Azərbaycan mədəniyyətini əks etdirən əl işləri 
								və milli geyimlərinə öz heyranlıqlarını 
								bildirdilər. 
								
								
								
								Şakir CƏFƏROV 
								  |