| 
								 
								
								Bakıdakı  31  nömrəli orta məktəbdə "Ekologiya 
								ili" çərçivəsində  "Ətraf mühit və biz"  
								mövzusunda "açıq dərs" diskussiya şəklində 
								keçirildi. Dərsi VIII "V" sinfinin rəhbəri, 
								fizika-informatika  müəllimi  Naibə Rüstəmova 
								apardı. Öncə müəllim  şagirdləri  ölkə  
								başçısı   İlham Əliyevin  2010-cu ili  
								"Ekologiya ili"  elan etməsi barədə ətraflı 
								məlumatlandırdı.  
								
								
								Diskussiya,  sual-cavab  şəraitində keçən 
								dərsdə  şagirdlərdən Aidə, Aytən, Nərgiz, 
								Nəzrin, Nərminə, Əminə, Leyla, Emil, Sona, Fərəh 
								 və başqaları fəal iştirak etdilər. Onlar  
								torpağın, suyun, havanın ekologiyası, eləcə də  
								mövcud ekoloji  problemlər və onların aradan 
								qaldırılması, təbiətin qorunması  barədə fikir 
								mübadiləsi aparıb, bu mövzuda  elmi biliklərini 
								nümayiş etdirdilər.     
								
								
								
								Sifai SƏFƏROVA  |