| 
								 
								
								Azərbaycan xalqının əfsanəvi qəhrəmanı Koroğlu 
								milli mənəvi dəyərlərin daşıyıcısına çevrilərək 
								əsrlərdən bəri insanlarımızın yaddaşına 
								vətənpərvərliyin və mübarizliyin rəmzi kimi həkk 
								olunmuşdur.  
								
								
								Azərbaycanın xalq qəhrəmanlarının xatirəsinin 
								əbədiləşdirilməsi və onların adlarının daim yad 
								edilməsinin gənc nəslin mədəni-tarixi irsə 
								bağlılıq ruhunda tərbiyə olunması baxımından 
								müstəsna əhəmiyyətini nəzərə alaraq 
								
								  
								
								
								
								QƏRARA ALIRAM:  
								
								
								1.  Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun 
								abidəsinin ucaldılması üçün Azərbaycan 
								Respublikasının 2010-cu il dövlət büdcəsində 
								nəzərdə tutulmuş Azərbaycan Respublikası 
								Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra 
								Hakimiyyətinə 5,0 (beş) milyon manat məbləğində 
								vəsait  ayrılsın.  
								
								
								2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 
								bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş 
								vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş 
								qaydada həyata keçirsin.   
								
								
								
								İlham ƏLİYEV, 
								Azərbaycan Respublikasının Prezidenti  
								Bakı şəhəri, 24 dekabr 2010-cu il  |