| 
								 
								
								 Bakıdakı 
								69 nömrəli körpələr evi-uşaq bağçasında  balaca 
								fidanların  şaqraq gülüş sədaları  ətrafa 
								yayılırdı. Balacalar deyib-gülür, şənlənirdilər. 
								Şənlik başlamazdan öncə uşaqlar  Yeni illə bağlı 
								çəkdikləri "Şaxta baba", "Yeni il",  "Qar qız", 
								"Yolka", "Qarlı meşə"  rəsmləri və rəngli 
								kağızlardan  hazırladıqları  fiqurları  nümayiş 
								etdirdilər. Şaxta Baba və  Qar qızın  gəlişi  
								tədbiri  rövnəqləndirdi. Onlar  Dünya 
								Azərbaycanlılarının Həmrəylik Günü  və  Yeni il 
								bayramı münasibətilə  balaca dostlarını təbrik 
								edib, hədiyyələri  onlara  payladılar. 
								 
								
								
								Sonra  balaca sakinlər  al-əlvan bəzədilmiş 
								yolkanın ətrafında əl-ələ verib, dövrə vuraraq 
								"Şaxta  baba", "Sən nə gözəlsən, yolka" 
								mahnısını  ifa etdilər. Uşaqlar  özlərini  
								sehrli nağıl qəhrəmanlarına  bənzətdilər. Onlar 
								"Məlikməmməd" və "Tıq-tıq xanım" nağılı əsasında 
								hazırladıqları  səhnəciyi nümayiş etdirdilər. 
								Milli  və dünya rəqslərini məharətlə  ifa edən 
								balacalar  tədbir iştirakçılarında xoş ovqat 
								yaratdılar. Xədicə və  Zəhra bacıları, Yeganə,  
								Məhəbbət, Raul, Tofiq,  Qurban, Mehdi, 
								Mehriban,  Oktay, Asya  çoxlu şeirlər, nağıllar 
								və yanıltmaclar söyləyib mahnılar oxudular.  
								Balaca fidanlar  Şaxta baba və Qar qızla  xatirə 
								şəkli çəkdirdilər. 
								
								
								Şənliyin sonunda  uşaqların sevincinə  qatılan  
								bağçanın müdiri Solmaz Quliyeva  31 dekabr - 
								Dünya Azərbaycanlılarının  Həmrəylik Günü  və  
								Yeni il bayramı münasibətilə  balacaları  
								səmimi-qəlbdən təbrik etdi. O, öz çıxışında  
								Heydər Əliyev Fondunun prezidenti,   YUNESKO-nun 
								və İSESKO-nun  xoşməramlı səfiri,  millət 
								vəkili  Mehriban xanım Əliyevanın  uşaqlara 
								diqqət və qayğısından bəhs etdi, ölkəmizin 
								birinci xanımına minnətdarlığını bildirdi.   
								
								
								
								Sifai SƏFƏROVA  |