| 
								 
								
								Orta ümumtəhsil məktəblərində İKT-nin tətbiqi 
								genişlənərək şagirdlərdə informasiyalaşmış 
								cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla 
								işləmə bacarıqları və kompüterdən istifadə  
								vərdişləri  xeyli artmışdır.  
								
								
								Bakıdakı 9 nömrəli orta məktəbin direktoru 
								Zinyət Əhmədova bildirdi ki, təhsil ocağında 
								informatika kabineti yaradılıb. Tədris zamanı 
								şagirdlərdə ətraf aləmin informasiya baxımından 
								təhlil və qərar  qəbul etmək bacarıqlarının  
								formalaşdırılması, onların informasiya 
								texnologiyalarından  istifadəyə hazırlanması tam 
								təmin olunur. 
								
								
								Tədris ilinin ilk günündən I və IV  siniflərdə 
								dərs deyən informatika müəllimləri Gülnurə 
								Əhmədova və Elnarə Məmmədova şagirdlərdə bu 
								fənnə qarşı böyük həvəs yaradıblar. Şagirdlərdən 
								Xalidə, Rüstəm, Tofiq və başqaları   kompüterlə 
								sərbəst  davranır, sadə əməliyyatları icra  edir 
								və İKT-nin sirlərinə  həvəslə yiyələnirlər.
								 
								
								
								
								 Şakir CƏFƏROV  |