| 
								 
								
								Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik 
								Mərkəzində dekabrın 21-də "Ekologiya ilinə 
								töhfəmiz" mövzusunda məktəblilərin Respublika  
								Ekoloji Forumu keçirilmişdir.   
								
								
								Forumda respublikanın rayon (şəhər)  ETTM-nin,  
								ümumtəhsil  məktəblərinin  77  nəfər  dərnək 
								üzvü, V-XI sinif şagirdləri iştirak etmişdir. 
								Respublika Forumuna 70 məktəblinin 4 bölmə üzrə 
								yaradıcılıq işi təqdim olunmuşdur.  
								
								
								Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik 
								Mərkəzinin "Ekoloji patrul" dəstəsinin üzvləri, 
								58 nömrəli məktəbin 8-ci sinif şagirdləri forum 
								iştirakçılarını salamladıqdan sonra söz 
								qonaqlara verildi. Təhsil Nazirliyi Tərbiyə və 
								məktəbdənkənar müəssisələr şöbəsinin müdiri 
								Ağababa İbrahimov çıxış edərək, "Ekologiya 
								ili"ndə məktəblilərin  ekoloji təhsili və 
								tərbiyəsi sahəsində uğurlu işlər göruldüyünü 
								qeyd etdi. Məktəblilərin "Ekologiya ilinə 
								töhfəmiz" mövzusundakı çıxışlarını alqışladı. 
								Forumda iştirak edənlər dərnək üzvlərinin 
								nümayiş olunan əl işləri ilə tanış olaraq, 
								ekoloji biliklərin artırılmasında onlara ugur 
								dilədilər.  
								
								
								Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 
								əməkdaşı Nazim Mahmudov, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin Məktəbdənkənar təhsil sektorunun 
								aparıcı məsləhətçisi Rövşən Əliyev və digər 
								qonaqlar çıxış  edərək "Bioloji müxtəlifliyin  
								qorunması", "Ətraf mühitin təmizliyi-bizim 
								sağlamlığımızdır", "Təbii sərvətlərin davamlı 
								istifadəsi", "Su-həyatdır" mövzularına həsr 
								olunmuş referatların təqdirəlayiq olduğunu, 
								məktəblilərin dərin ekoloji biliklərə 
								yiyələndiyini, "Ekologiya ili"ndə məktəblilərin 
								ətraf mühitin yaxşılaşdırılması üçün gördükləri 
								işləri qeyd etdilər. 
								
								
								Tədbirdə münsiflər heyətinin  qərarı ilə referat 
								işləri 10 bal sistemində qiymətləndirilərək 
								qaliblər müəyyən edildi. 9 məktəblinin referat 
								işi I, II, III  dərəcəli diploma, xüsusilə 
								fərqlənmiş 4 məktəblinin  referatı  diplomlara, 
								forumun  digər  iştirakçıları isə sertifikatlara 
								layiq görüldü. Fərqlənənlər sırasında  Bakı, 
								Sumqayıt, Şirvan şəhər, Masallı, Tərtər, Qəbələ, 
								Biləsuvar, Göygöl, Cəlilabad, Hacıqabul, Quba 
								rayon  məktəbliləri xüsusilə fərqləndilər. 
								Qaliblərə  Təhsil Nazirliyinin diplomları, 
								hədiyyələr və forumun digər iştirakçılarına 
								sertifikatlar  təqdim  olundu.   |