| 
								 
								
								Uca göylərdə qanad çalan qartal kimi qıy vurmaq, 
								əsrarəngiz Yerin gözəlliklərinə ucalardan baxmaq 
								istəyi insanı həmişə düşündürüb. 
								
								
								XVII əsrdə Türkiyədə "Xəzərfyann" ləqəbi ilə 
								tanınmış Əhməd Çələbi kürəyinə qartal qanadları 
								bağlayaraq İstanbulun Qalata qalasından 
								Üsküdarın Doğanlar məkanına kimi ilk uğurlu uçuş 
								etmişdi. IV Muradın vaxtında Həsən Çələbi raket 
								tipli aparat düzəldərək uğurla uçmuşdur. 
								
								
								İbn Firnanas 880-ci ildə təyyarəyə oxşar aparat 
								hazırlamışdır. Öz konstruksiyası üçün o, qalın 
								parça və quş qanadlarından istifadə etmişdi. O, 
								uzun müddət havada qalmışdır. 
								
								
								Qərbdə Orvilla Rayt qardaşları aeroplanda ilk 
								uçuşu 1903-cü ildə həyata keçirə bilmişlər.  |