| 
								 
								
								 Bakıdakı 
								27 nömrəli məktəbdə şagirdlərin təbiətə qayğı və 
								diqqət ruhunda tərbiyəsinə xüsusi əhəmiyyət 
								verilir. Təhsil ocağında ayrı-ayrı fənlərin 
								tədrisi imkanlarından istifadə etməklə 
								məktəblilərin ekoloji maariflənməsi, ekoloji 
								biliklərə yiyələnmələri reallaşdırılır. 
								
								
								"Ekologiya ili" kimi tariximizə həkk olunan 
								2010-cu ildə məktəbdə həm də bir sıra tədbirlər 
								təşkil olunmuşdur. Belə tədbirlərdən biri bu 
								günlərdə idman zalında keçirildi. "Ekologiya 
								ili"nə həsr olunmuş plakat, fotostendlərlə 
								bəzədilmiş zalda şagird müstəqil işlərinin 
								nəticələri olan referatlar da nümayiş etdirildi. 
								
								
								Tədbirin təşkilatçısı fiziki tərbiyə müəllimi 
								Emil Qaybalıyev çıxışında ekoloji problemin 
								qloballıq kəsb etdiyini vurğuladı, ekoloji 
								duruma mənfi və müsbət təsir edən amillərdən 
								danışdı. 
								
								
								Çıxış edən şagirdlər təbiətə  qayğı,  təbiət 
								 gözəlliklərinə diqqət məsələlərinə öz 
								münasibətlərini bildirdilər. 
								
								
								Tədbiri məktəbin direktoru Cəmilə Ramazanova 
								yekunlaşdıraraq ekoloji mövzunun əbədi və mühüm 
								bir mövzu olduğunu qeyd etdi. Bizi əhatə edən 
								ekoloji mühiti çirklənmədən qorumağın  
								vətəndaşlıq  borcu  olduğunu söylədi. Sonra o, 
								tədbirin təşkilatçı və iştirakçılarına məktəb 
								rəhbərliyi adından təşəkkürünü bildirdi.   |