| 
								 
								
								Bakıdakı 45 nömrəli orta məktəbdə  dərsin  
								təkmilləşdirilməsi hazırda kompleks şəkildə 
								aparılır. Məktəbin direktoru Nazilə Məmmədova 
								bildirdi ki,  rəhbərlik etdiyi təhsil ocağında 
								sinif müəllimləri arasında qarşılıqlı dərs 
								dinləmə  artıq bir ənənə halını alıb. Bu da  
								ibtidai siniflərdə təlimin keyfiyyətinin  
								yüksəlməsində mühüm əhəmiyyət kəsb edir.  
								 
								
								
								Məktəbin sinif müəllimləri yeni təlim 
								metodlarından istifadə edərək dərslərdə 
								əyaniliyə, texniki vasitələrə, xüsusən didaktiv 
								oyunlara geniş yer verirlər. 
								
								
								Keçilən hər bir "açıq dərs" məktəbin pedaqoji 
								şura iclaslarında geniş müzakirə olunur və   
								yaradıcı müəllimin yaxşı işi digər məktəblər 
								arasında geniş yayılır.  |