| 
								 
								
								Azərbaycan Dillər Universitetinin rektoru, 
								millət vəkili, professor Səməd Seyidov  
								Yaponiyanın Doşişa Universitetinin professoru 
								Hisae Nakanishini qəbul edib. Görüşdə 
								ölkələrarası, parlamentlərarası əlaqələrə və 
								təhsil sahəsində əməkdaşlığa toxunan rektor 
								Səməd Seyidov ADU haqqında qonağa məlumat verib. 
								Universitetdə müxtəlif ölkələrin dil və 
								mədəniyyət mərkəzlərinin açıldığını bildirən 
								Səməd Seyidov ingilis, alman, fransız, ispan, 
								italyan dillərinin öyrənilməsi ilə yanaşı, 
								ADU-da beynəlxalq əlaqələr və regionşünaslıq, 
								həmçinin tərcümə fakültələrinin olduğunu 
								vurğuladı. Qeyd etdi ki, yapon dili və 
								mədəniyyətinə ölkəmizdə hər zaman böyük maraq 
								olmuşdur. 
								
								
								Xanım Hisae Nakanishi ADU-da olmasından fərəh 
								hissi keçirdiyini bildirərək bu ali təhsil ocağı 
								ilə Doşişa Universiteti arasında əlaqələrə 
								toxunaraq qarşılıqlı əməkdaşlıq imkanlarından 
								danışdı. O, bu əlaqələrin vacibliyini vurğuladı.
								 
								
								
								Görüşdə hər iki universitet arasında gələcək 
								əməkdaşlığın perspektivləri müzakirə olundu. 
								Sonra  yaponiyalı qonaq ADU-nun İnformasiya 
								Resurs Kompleksi ilə də tanış oldu.  
								
								
								
								ADU-nun İctimaiyyətlə  
								əlaqələr və mətbuat xidməti  |