| 
								 
								
								Dekabrın 9-da Bakı Dövlət Universitetində 
								doktorant və gənc  tədqiqatçıların XV Respublika 
								elmi konfransının yekununa həsr olunmuş yığıncaq 
								keçirildi. Tədbirdə  Təhsil Nazirliyinin 
								nümayəndələri, ali məktəb rektorları, 
								professor-müəllim heyətlərinin üzvləri, 
								tədqiqatçılar iştirak edirdilər. 
								
								
								Konfransın yekun iclasını giriş sözü ilə təhsil 
								nazirinin müavini İradə Hüseynova açaraq tədbir 
								iştirakçılarını  salamladı, doktorant və gənc 
								tədqiqatçıların XV Respublika elmi konfransının 
								yekunu barədə  məlumat verdi. Bildirildi ki, 
								plenar iclasdan sonra   müxtəlif elm sahələrini 
								əhatə edən 21 bölmədə iclaslar keçirilib və 20 
								ali məktəbdən 401 tezislə gənc tədqiqatçıların 
								çıxışları  dinlənilib.  
								
								
								Sonra  bölmə  sədrlərinin çıxışları dinlənildi 
								və müxtəlif təkliflər irəli sürüldü.  
								
								
								Təhsil  nazirinin müavini İradə  Hüseynova  elm 
								şöbəsinin əməkdaşları ilə  birlikdə   bölmə  
								iclaslarında fəal iştirak edən bir qrup 
								tədqiqatçıya  Təhsil Nazirliyinin  
								sertifikatlarını  təqdim etdi, onlara və  elmi 
								işlə məşğul olan bütün tədqiqatçılara uğurlar 
								arzuladı. 
								
								
								Nazir müavini həm də konfransın keçirilməsində 
								əməyi olan bütün insanlara, o cümlədən BDU-nun 
								rektoru, millət vəkili Abel Məhərrəmova və 
								universitetin professor-müəllim heyətinə Təhsil 
								Nazirliyi adından təşəkkürünü  bildirdi. 
								
								
								Konfransda gənc tədqiqatçılardan bir qrupu çıxış 
								edib, yaradılan  şəraitə görə Təhsil Nazirliyinə 
								və bölmə sədrlərinə öz  minnətdarlıqlarını 
								bildirdilər.  
								
								
								
								Ş.CƏFƏROV  |