| 
								 
								
								Bu günlərdə Sumqayıt şəhərindəki "Kimyaçı" 
								Mədəniyyət Sarayında  Azərbaycan və dünya 
								ədəbiyyatı  nümunələrinin təbliğinə, yetişməkdə  
								olan gənc nəslin  kitablara marağının 
								artırılmasına  xidmət edən yarmarka təşkil 
								olunmuşdu. 
								
								
								Yarmarkada  500-dən artıq  ədəbi-bədii, tarixi, 
								ensiklopedik məlumat xarakterli nəşr nümayiş 
								olundu. Satış - yarmarkada  klassik və müasir  
								Azərbaycan şair və yazıçılarının əsərləri 
								təbliğ  edildi. 2005-ci ildən fəaliyyət göstərən 
								"Əli və Nino" kitab evində dünya klassiklərinin 
								15 min addan artıq əsəri, eləcə də  rus 
								ədəbiyyatı nümunələri də diqqəti cəlb  edirdi. 
								
								
								"Azərkimya" İstehsalat  Birliyi  "Əli və Nino" 
								Kitab evinin təşkilatçılığı ilə keçirilən kitab 
								bayramında Sumqayıtın məktəbəqədər təhsil 
								müəssisələrində tərbiyə alan balacalar üçün son 
								illərdə müasir  poliqrafiya tələbləri 
								səviyyəsində  çap olunmuş yüksək  tərtibatlı, 
								əlvan illüstrasiyalı, yerli və xarici uşaq 
								ədəbiyyatı nümunələri də  maraq doğurdu.  
								
								
								
								Sifai SƏFƏROVA   |