| 
								 
								
								Bu "Qaydalar" ümumtəhsil məktəblərinə şagird 
								qəbulu və  ümumtəhsil məktəb şagirdlərinin 
								təhsil aldıqları müddətdə ölkə daxilində, eləcə 
								də ölkədən kənara, habelə digər ölkələrdən 
								Azərbaycanın məktəblərinə yerdəyişməsi ilə bağlı 
								qaydaları müəyyən edir.  
								
								
								
								I. Ümumtəhsil məktəblərinə şagird qəbulu  
								
								
								1.1. Ümumtəhsil məktəblərinə şagird qəbulu I və 
								X siniflər üzrə aparılır. 
								
								
								1.2. Uşaqların I sinfə qəbulunu ümumtəhsil 
								məktəbində direktorun əmri ilə təşkil olunmuş 
								komissiya həyata keçirir. Komissiyanın tərkibinə 
								təlim-tərbiyə işləri üzrə direktor müavini, 
								təcrübəli ibtidai sinif müəllimləri, məktəbin 
								psixoloqu və həkimi, VMA-nın nümayəndəsi daxil 
								edilir. Məktəbin direktoru komissiyanın sədri 
								olur. 
								
								
								1.3. Bir qayda olaraq ümumtəhsil məktəblərinin I 
								siniflərinə hər il sentyabrın 15-dək (15-i də 
								daxil olmaqla) 6 yaşı tamam olan əqli və 
								fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar 
								qəbul edilirlər. Ümumtəhsil məktəbinin direktoru 
								ərazi üzrə məktəb yaşına çatmış uşaqların 
								bütünlüklə təhsilə cəlb olunması ilə bağlı 
								zəruri təşkilati tədbirlər həyata keçirir. ÜM-1 
								hesabat formasının təsdiqindən sonra I sinfə 
								uşaq qəbuluna icazə verilmir. 
								
								
								1.4. "Təhsil haqqında" Azərbaycan Respublikası 
								Qanununun 19.12-ci bəndinə görə, xüsusi 
								istedadlı uşaqların vaxtından əvvəl I sinfə 
								qəbuluna yol verilir. Bununla əlaqədar: 
								
								
								1.4.1. 6 yaşı 16 sentyabr - 31 oktyabr 
								müddətində tamam olmuş istedadlı uşaqların 
								vaxtından əvvəl I sinfə qəbulu məktəbdə təşkil 
								edilmiş komissiyanın rəyi əsasında həyata 
								keçirilir. 
								
								
								1.4.2. 6 yaşı noyabr ayı ərzində tamam olmuş 
								xüsusi istedadı ilə fərqlənən uşaqların 
								vaxtından əvvəl I sinfə qəbuluna Təhsil 
								Nazirliyində yaradılmış komissiya tərəfindən 
								baxılıb müvafiq qərar qəbul edilir. 
								
								
								1.5. Uşaqların I sinfə qəbulu valideynlərindən 
								birinin (digər qanuni nümayəndənin) ərizəsi 
								əsasında aparılır. Ərizəyə uşağın sağlamlığı 
								haqqında tibbi arayış, doğum haqqında 
								şəhadətnamənin notarius tərəfindən təsdiq 
								olunmuş surəti əlavə olunur. Valideynin (digər 
								qanuni nümayəndənin) ərizəsində uşağın təhsil 
								alacağı təlim dili, öyrənəcəyi xarici dil, 
								məktəbə hazırlıq mərhələsini keçib-keçməməsi 
								qeyd edilir. 
								
								
								1.6. Məktəbə hazırlıq mərhələsini keçmiş 
								uşaqların sayı imkan verdiyi halda, onlar ayrı 
								sinifdə (siniflərdə) komplektləşdirilir. 
								
								
								1.7. Valideynin arzusundan asılı olmayaraq, I 
								sinfi bitirmiş şagirdin təkrar I sinifdə 
								oxumasına heç bir halda yol verilmir. 
								
								
								1.8. Ümumtəhsil məktəblərinin X sinfinə qəbul 
								şagirdin ərizəsi və ümumi orta təhsil haqqında 
								şəhadətnaməsi əsasında aparılır.*(İcbari 
								ümumi 
								orta təhsil 
								üzrə
								
								
								ilk buraxılış 
								2016-2017-ci 
								dərs 
								ilinə
								
								
								təsadüf 
								etdiyindən 
								tam orta təhsil 
								səviyyəsinin 
								ilk sinfinə 
								- 
								
								X sinfə 
								şagirdlərin 
								seçim 
								əsasında 
								qəbulu 
								da həmin 
								dərs 
								ilindən 
								etibarən 
								həyata 
								keçiriləcəkdir.) 
								
								
								1.9. Digər məktəbdən gələn şagirdin X sinfə 
								qəbulu zamanı əvvəl oxuduğu məktəbdə öyrəndiyi 
								xarici dilin uyğunluğu vacib şərt kimi nəzərə 
								alınır. 
								
								
								1.10. Şagird digər xarici dil tədris edilən 
								məktəbin X sinfinə ərazidə əvvəl keçdiyi xarici 
								dil öyrədilən başqa bir tam orta məktəb olmadığı 
								halda qəbul edilə bilər. Həmin şagird qəbul 
								edildiyi bu məktəbdə tədris olunan xarici dili, 
								yaxud əvvəl oxuduğu məktəbdə keçdiyi xarici dili 
								müstəqil şəkildə öyrənib orta məktəb kursu üzrə 
								imtahan vermək barədə müraciət edərsə, ondan 
								imtahan götürülməsinə icazə verilir. Bu məsələ 
								məktəb direktorunun təqdimatı əsasında rayon 
								(şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən 
								tənzimlənir. 
								
								
								1.11. Ümumi orta təhsil səviyyəsini bitirdikdən 
								sonra orta ixtisas və texniki peşə təhsili 
								müəssisələrinə sənəd verib daxil ola bilməyən 
								şagirdlərin X sinfə qəbulu yalnız sentyabr ayı 
								ərzində aparılır. X sinfə qəbul barədə ərizə 
								ÜM-1 hesabat forması təsdiq edildikdən sonra 
								verilərsə, həmin şagird yeni gələn şagird kimi 
								əmrləşdirilir.  
								
								
								
								II. Şagirdlərin yerdəyişməsi  
								
								
								2.1. Ölkə daxilində I-IX sinif  şagirdlərinin 
								bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı 
								kimi tənzimlənir: 
								
								
								2.2. Övladını digər məktəbə dəyişmək istəyən 
								valideyn (digər qanuni nümayəndə) onun hazırda 
								oxuduğu məktəbin direktoruna yerdəyişmənin 
								səbəbi, yerdəyişmə nəzərdə tutulan rayon 
								(şəhər), məktəb göstərilməklə  ərizə ilə 
								müraciət edir. 
								
								
								2.2.1. Məktəbin direktoru şagirdin dəyişiləcəyi 
								məktəbin direktoruna (vəziyyətdən asılı olaraq 
								təhsil şöbəsinin (idarəsinin) müdirinə) onun 
								hazırda bu məktəbin müvafiq sinfində oxuması 
								barədə məktub hazırlayır. 
								
								
								2.2.2. Valideyn (digər qanuni nümayəndə) həmin 
								məktubu əlavə etməklə övladının təhsil alacağı 
								məktəbin direktoruna ərizə ilə müraciət edir. 
								
								
								2.2.3. Məktəbin direktoru şagirdin təhsil aldığı 
								məktəbin direktoruna  onun müvafiq  sinfə qəbul 
								olunduğu və şəxsi işinin göndərilməsi haqda  
								arayış verir. 
								
								
								2.2.4. Həmin arayış əsasında valideyn (digər 
								qanuni nümayəndə) övladının şəxsi işini alıb 
								təhsilini davam etdirəcəyi məktəbin direktoruna 
								təqdim edir. 
								
								
								2.2.5. Hesabat dövründə (22 sentyabr-01 oktyabr) 
								şagirdlərin yerdəyişməsinə icazə verilmir. 
								
								
								2.3. Lisey və gimnaziyalara, təmayüllü 
								ümumtəhsil məktəblərinə, məktəb-liseylərdəki 
								lisey siniflərinə, özəl məktəblərə, xüsusi 
								tədris proqramı ilə işləyən digər ümumtəhsil 
								məktəblərinə, eləcə də ümumtəhsil məktəblərindən 
								həmin qəbildən olan müəssisələrə şagirdlərin 
								yerdəyişməsi bu "Qaydalar" əsas tutulmaqla 
								yuxarıda qeyd edilən  təhsil müəssisələrinin  
								nizamnamələrinə uyğun həyata keçirilir. 
								
								
								2.4. Məcburi köçkün məktəblərində təhsil alan 
								məcburi köçkün olmayan şagirdlər yalnız yerli 
								məktəblərə köçürülə bilər. 
								
								
								2.5. Yerli məktəblərdə oxuyan I-XI sinif 
								şagirdlərinin məcburi köçkün məktəblərinə 
								yerdəyişməsinə icazə verilmir. 
								
								
								2.6. Tam orta təhsil səviyyəsində (X-XI 
								siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə 
								aşağıdakı hallarda razılıq verilir: 
								
								
								Şagird: 
								
								
								2.6.1. Yaşayış yeri ərazisindəki (kənd, qəsəbə, 
								rayon, şəhər) digər ümumtəhsil məktəbinə 
								keçdikdə. 
								
								
								2.6.2. Ailəsi ilə birlikdə başqa yaşayış yerinə 
								(rayona, şəhərə) köçdükdə. 
								
								
								2.6.3. Müvəqqəti məskunlaşdığı rayondan 
								(şəhərdən) daimi qeydiyyatda olduğu yaşayış 
								yerinə köçdükdə. 
								
								
								2.6.4. Valideynlərinin respublikadan kənara 
								uzunmüddətli ezamiyyəsi və müxtəlif səbəblərdən 
								valideyn nəzarətindən kənarda qalması rəsmi 
								sənədlərlə təsdiq edildikdə. 
								
								
								2.6.5. Müxtəlif səbəblərdən özəl ümumi təhsil 
								müəssisələrində, xüsusi tədris proqramları 
								tətbiq edilən  lisey və gimnaziyalarda təhsilini 
								davam etdirməsi mümkün olmadıqda. 
								
								
								2.7. X-XI sinif şagirdlərinin yerdəyişməsi ilə 
								əlaqədar  bu "Qaydalar"ın 2.6-cı bəndində 
								nəzərdə tutulmuş hallarla bağlı valideynin 
								(digər qanuni nümayəndənin) ərizəsinə bilavasitə 
								müvafiq  rayon (şəhər) təhsil şöbəsində 
								(idarəsində) baxılır, diqqətlə araşdırılır və 
								qəbul edilən qərar barədə (2.6.1-ci yarımbənd 
								istisna edilməklə)* (Bu bənddə nəzərdə 
								tutulan halla bağlı şagirdlərin Bakı şəhəri üzrə 
								yerdəyişməsi Təhsil Nazirliyinin razılığı ilə 
								həyata keçirilir.) Təhsil Nazirliyinə yazılı 
								məlumat göndərilir. Yerdəyişmə barədə yekun 
								qərar Təhsil Nazirliyi tərəfindən qəbul olunur.
								 
								
								
								2.8. Təhsil şöbələri (idarələri) digər rayon və 
								şəhərlərdən ərazilərindəki ümumtəhsil 
								məktəblərinə keçirilmiş X-XI  sinif 
								şagirdlərinin dərsə davamiyyəti üçün həmin 
								məktəblərin rəhbərliyi ilə birlikdə bilavasitə 
								məsuliyyət daşıyırlar. 
								
								
								2.9. IX və XI sinif şagirdlərinin ölkə daxilində 
								yerdəyişməsi hər il martın 1-dək həyata 
								keçirilir. 
								
								
								2.10. Respublikadan kənarda yaşayan Azərbaycan 
								vətəndaşları Azərbaycana qayıtdıqda onların rus 
								və gürcü dillərində təhsil almış övladlarının 
								köçdükləri ərazidə təhsillərini davam 
								etdirmələri aşağıdakı kimi tənzimlənir: 
								
								
								2.10.1. Bütün hallarda I-XI sinif  şagirdləri 
								müəyyən edilmiş məktəblərə valideynin ərizəsi və 
								əvvəl oxuduğu məktəbin direktoru tərəfindən 
								təsdiq olunmuş aşağıdakı sənədlərdən birinin 
								əsasında qəbul edilirlər: 
								
								
								
								2.10.2. Azərbaycana qayıdanadək təhsil aldığı 
								ölkədə ümumi orta təhsil səviyyəsini bitirib 
								müvafiq təhsil sənədi almış şagirdlər həmin 
								sənəd və valideynin ərizəsi əsasında Azərbaycan 
								məktəbində X sinfə qəbul edilirlər. 
								
								
								2.10.3. Ölkədən kənarda təhsil almış Azərbaycan 
								vətəndaşlarının XI siniflərə yerdəyişməsi yalnız 
								dərs ilinin birinci yarımilinin sonunadək həyata 
								keçirilir. 
								
								
								2.10.4. Bu "Qaydalar"ın 2.10.1-ci bəndində 
								nəzərdə tutulan sənədlərdən heç biri olmadığı 
								halda: 
								
								
								2.10.4.1. I-IV siniflərdə oxuduğu iddia edilən 
								şagirdlərin həmin siniflərin təhsil 
								proqramlarına (kurikulumlarına) uyğun hazırlıq  
								səviyyəsi yerli təhsil orqanları tərəfindən 
								yaradılmış komissiya vasitəsilə yoxlanılıb 
								müvafiq qərar qəbul edilir. Komissiyanın rəyi 
								əsas tutulmaqla şagirdin müvafiq sinfə qəbulu 
								məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır. 
								
								
								2.10.4.2. V-XI siniflərdə oxuduğu iddia edilən 
								şagirdlərin hazırlıq səviyyəsi yerli təhsil 
								orqanlarının təqdimatı əsasında Təhsil 
								Nazirliyində xüsusi tapşırıq və testlər 
								vasitəsilə yoxlanılır və yazılı yekun rəy 
								yerlərə göndərilir. Həmin rəy şagirdin müvafiq 
								sinfə qəbulu üçün əsas sayılır. 
								
								
								2.10.5. Azərbaycan dilini təlim dili 
								səviyyəsində bildikləri halda, I-V sinif 
								şagirdləri təlim Azərbaycan dilində olan 
								siniflərə qəbul edilə bilərlər. Həmin 
								şagirdlərin təlim dilini dəyişməsinə valideynin 
								ərizəsinə əsasən, məktəbdə baxılır və müvafiq 
								qərar qəbul olunur. 
								
								
								2.10.6. Təlim rus və ya gürcü dilində olan 
								məktəblərə qəbul edilmiş şagirdlərə əvvəl 
								oxuduqları məktəbdə tədris olunmayan fənlərdən 
								(Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan 
								coğrafiyası və s.) əlavə məşğələlər təşkil 
								edilir. 
								
								
								2.10.7. VIII-XI siniflərdə oxuyan şagirdlər 
								əvvəl təhsil aldıqları  ölkədəki ümumi təhsilin 
								müddətindən asılı olmayaraq, Azərbaycan 
								məktəbində 1 (bir) sinif aşağı qəbul edilirlər. 
								Bu qayda digər ölkədə 3 il və daha artıq 
								müddətdə təhsil alanlara şamil edilir. 
								
								
								2.11. Xarici ölkələrdə  Azərbaycanın ümumtəhsil 
								məktəblərindəki təlim dillərindən fərqli hər 
								hansı bir başqa dildə təhsil almış Azərbaycan 
								vətəndaşlarının övladlarının Azərbaycandakı 
								dövlət ümumi təhsil müəssisələrinə qəbuluna 
								valideynlərin və şagirdlərin arzularına görə, 
								yalnız uyğun təlim dillərindən biri üzrə xüsusi 
								hazırlıq keçib həmin dili mənimsədikləri təsdiq 
								olunduğu halda Təhsil Nazirliyi tərəfindən 
								razılıq verilə bilər. 
								
								
								2.12. Bu və ya digər səbəblərdən respublikadan 
								kənara gedən şagirdlərin şəxsi işinin verilməsi 
								üçün əsas valideynin (digər qanuni 
								nümayəndənin)  ərizəsi hesab olunur. 
								
								
								2.13. Məktəbin rəhbərliyinə rəsmi qaydada 
								xəbərdarlıq edilmədən şagirdin respublikadan 
								kənara getməsi məktəb rəhbərlərinin, sinif 
								rəhbərinin və aidiyyəti təşkilatların 
								(mənzil-kommunal istismar sahəsi, ərazi icra  
								nümayəndəliyi) nümayəndələrinin iştirakı ilə 
								tərtib edilən müvafiq aktla təxirə salınmadan 
								rəsmiləşdirilir, şagirdin şəxsi işi məktəbdə 
								saxlanılmaqla onun kontingent sıralarından 
								çıxarılması barədə əmr verilir. 
								
								
								Həmin şagirdlər müəyyən müddətdən sonra geri 
								qayıtdıqda onların təhsillərini davam 
								etdirmələri bu "Qaydalar"ın 2.10-cu bəndinə 
								uyğun həyata keçirilir. 
								
								
								2.14. Müəyyən sinfədək təhsil alması rəsmi 
								sənədlərlə təsdiq edilən, lakin həmin müddətdən 
								sonra üzrlü və ya üzrsüz səbəbdən 2 (iki) ildən 
								çox olmamaq şərtilə icbari təhsildən kənarda 
								qalan II-VIII sinif şagirdlərinin valideynin 
								ərizəsinə əsasən istisna hal kimi məktəb 
								direktorları tərəfindən  növbəti sinfə qəbul 
								edilməsinə icazə verilir. 
								
								
								2.15. Şagirdin dəyişildiyi məktəbdə onun əvvəl 
								öyrəndiyi xarici dildən fərqli digər xarici dil 
								tədris olunduğu halda, şagirdin həmin xarici dil 
								üzrə təlimə cəlbi məsələsinə valideynin (digər 
								qanuni nümayəndənin) də yazılı rəyi nəzərə 
								alınmaqla rayon (şəhər) təhsil şöbəsi (idarəsi) 
								tərəfindən fərdi qaydada baxılıb vəziyyətə uyğun 
								qərar qəbul edilir. 
								
								
								2.16. Tabeliyindən asılı olmayaraq, 
								ixtisaslaşdırılmış  ümumi təhsil 
								müəssisələrindən şagirdlərin ümumtəhsil 
								məktəblərinə yerdəyişməsinə valideynin 
								müraciətinə əsasən, fərdi qaydada Təhsil 
								Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir. 
								
								
								2.17. "Təhsil haqqında" Azərbaycan 
								Respublikasının Qanununa görə, ümumi orta təhsil 
								icbari hesab edildiyindən bu təhsil bazasından 
								ilk peşə və orta-ixtisas təhsili müəssisələrinə 
								qəbul olan şagirdlərin ümumtəhsil məktəblərinin  
								tam orta təhsil səviyyəsinə yerdəyişməsinə icazə 
								verilmir.  |