| 
								 
								
								 Ölkə 
								Prezidentinin 28 iyun 2007-ci il tarixli Fərmanı 
								ilə təsdiq edilmiş "Narkotik vasitələrin, 
								psixotrop maddələrin və onların prekursorlarının 
								dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə 
								mübarizə üzrə Proqramı" 2007-2012-ci illərdə 
								Azərbaycanda bu dəhşətli bəla ilə mübarizənin 
								daha səmərəli təşkilinə ciddi təkan vermişdir.  
								Prezidentin bu fərmanından irəli gələn 
								vəzifələrin icrası ilə əlaqədar Bakı Humanitar 
								Kollecində silsilə tədbirlər  keçirilib. 
								 
								
								
								Narkomaniyaya qarşı mübarizə aylığı üzrə 
								dekabrın 2-də keçirilən növbəti tədbirdə 
								Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 
								müavini E.Ağayev, Narkomanlığa və Narkotik 
								vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə 
								üzrə Dövlət Komissiyasının işçi qrupu rəhbərinin 
								müavini T.Həsənov yeniyetmə və gənclər arasında 
								narkomanlığın yayılmasının qarşısının alınması 
								istiqamətində görülmüş işlər və qarşıda duran 
								vəzifələr haqqında danışdılar.  
								
								
								Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin 
								sifarişi ilə İrəvan Dövlət Dram Teatrı 
								tərəfindən hazırlanmış dramaturq Marat 
								Haqverdiyevin "Məhəbbət, şeytan və ağ ölüm" 
								əsəri əsasında eyniadlı tamaşa göstərilib. 
								
								
								Tədbirdə Bakı Humanitar Kollecinin tələbələri və 
								Binəqədi rayon gəncləri iştirak ediblər.  
								
								
								
								Rəşad ZİYADOV  |