| 
								 
								
								 Bu 
								günlərdə Respublika Gənc Turistlər və 
								Diyarşünaslıq Mərkəzində  məktəbliləri 
								vətənpərvər, azərbaycançılıq ruhunda tərbiyə 
								etmək,  onları müstəqillik uğrunda mübarizədə 
								şəhid olan qəhrəmanların həyat  yolunu öyrənməyə 
								sövq etmək məqsədilə  Azərbaycanın Milli 
								Qəhrəmanı Mübariz İbrahimov və "İgidliyə görə" 
								medalı verilmiş (ölümündən sonra) baş leytenant 
								Fərid Əhmədova həsr edilmiş  "Mübarizləri olan 
								Vətən basılmaz" adlı tədbir keçirilib. Tədbirdə  
								Bakıdakı 86, 254, 264, 249, 27,171, 58, 144,  
								244, 12, 45 nömrəli  ümumtəhsil məktəblərində 
								fəaliyyət göstərən mərkəzlərin dərnək və 
								valideyn şuralarının üzvləri, sinif və Uşaq 
								Birliyinin rəhbərləri iştirak ediblər. 
								
								
								Tədbirdə RGTDM-nin direktor müavini 
								S.Allahverdiyeva qəhrəmanların həyat yolundan və 
								göstərdikləri şücaətlərindən danışıb. Bildirib 
								ki, Azərbaycan xalqı qəhrəman oğullarını heç 
								vaxt  unutmayacaq və onları həmişə qəlbində  
								yaşadacaqdır. 
								
								
								Burada məktəblilər tərəfindən ədəbi-bədii 
								kompozisiya göstərilib və qəhrəmanlara həsr 
								olunmuş şeirlər söylənilib. 
								
								
								Tədbir iştirakçıları qəhrəmanlara  aid 
								fotosərgiyə baxdıqdan sonra  2 nömrəli Fəxri və 
								Şəhidlər xiyabanlarına gələrək qəhrəmanların 
								məzarları üstünə gül dəstələri qoyublar.  
								 
								
								
								
								Şakir CƏFƏROV  |