| 
								 
								
								Dekabrın 9-da Bakıdakı 147 nömrəli texniki 
								humanitar liseydə Azərbaycanın vətənpərvər 
								oğlu,  Milli Qəhrəman Mübariz İbrahimova həsr 
								olunmuş "Vətən mənə oğul desə... "adlı tədbir 
								keçirildi. Liseyin şagirdlərinin ifasında Dövlət 
								himninin oxunması ilə başlayan gecədə təhsil 
								ocağının direktoru Həlimə Mehdiyeva  
								vətənpərvərlik mövzusuna həsr olunmuş tədbirin 
								mahiyyəti haqqında iştirakçılara  məlumat verdi.
								 
								
								
								Gecənin aparıcıları liseyin IX sinif şagirdləri 
								düşmənlə döyüşdə  igidlik göstərmiş, xalqımızın 
								fəxri Mübariz İbrahimovun həyatından və 
								qəhrəmanlığından danışdılar. Bildirdilər ki, bu 
								gün adı dillər əzbəri olan, haqqında kitablar, 
								şeirlər, mahnılar yazılan, filmlər çəkilən 
								Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 
								xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
								 
								
								
								Liseyin şagirdləri Mübariz İbrahimova həsr 
								olunan şeirlər söylədilər.  
								
								
								Tədbirdə iştirak edən Xətai Rayon İcra 
								Hakimiyyəti başçısının müavini İ.Əliyev belə 
								tədbirlərin təhsil ocaqlarında keçirilməsini 
								təqdirəlayiq hal   kimi qiymətləndirdi, gecənin 
								yüksək səviyyədə  hazırlanmasından məmnun 
								qaldığını bildirdi. 
								
								
								Tədbir Milli Qəhrəman Mübariz İbrahimova həsr 
								olunmuş  filmin nümayişi ilə  başa çatdı.  
								
								
								
								Rəşad ZİYADOV  |