| 
								 
								
								Azərbaycan Dövlət İqtisad Universitetinin 
								"Maliyyə-1" fakültəsində Tələbə Elmi 
								Cəmiyyətinin fakültə tələbə elmi konfransı 
								keçirildi.    
								
								
								Maliyyə və vergi ixtisasları üzrə təhsil alan 
								tələbələrin və professor-müəllim heyətinin 
								qatıldığı tədbiri təşkilat komitəsinin sədri, 
								"Maliyyə-1"  fakültəsinin dekan əvəzi  Ü.Əliyev 
								açaraq, konfransın məqsədi barədə məlumat verdi. 
								Tədbirdə 31 tələbənin məruzəsi dinlənildi. 
								Tələbələrin seçdikləri aktual mövzular,  həm 
								onların elmi rəhbərlərinin, həm də təşkilat 
								komitəsinin böyük marağına səbəb oldu.   
								 
								
								
								Təşkilat komitəsi tərəfindən  I yerə layiq 
								görülən Tural Qayıbov Azərbaycanda fond 
								bazarının artım dinamikası və son illərdə 
								müşahidə olunan dəyişikliklər  haqqında  
								apardığı tədqiqatlardan  danışaraq tələbə və  
								müəllimlərin mövzu ətrafında olan suallarını 
								cavablandırdı. II  yerin sahibi Fərhad Qarayev 
								"Sığorta bazarının inkişafı",  III yerə layiq 
								görülmüş Elçin Mahmudov "Xarici iqtisadi 
								fəaliyyətin vergi tənzimlənməsi" mövzularında 
								məruzə etdilər. Bundan əlavə, Nigar İsmayılova 
								II, İlahə Gülməmmədova  və Əzizə Zeynalova  III  
								yerlərə layiq görüldülər. Digər iştirakçı 
								tələbələrə isə sertifikatlar verildi. 
								Tələbələrin gördükləri işi onların böyük 
								uğurlarından biri olduğunu vurğulayan əməkdar 
								iqtisadçı, professor  B.Xankişiyev dinlənilən 
								mövzuların  tələbələrin gələcəkdə diplom işi 
								kimi seçilməsinin mümkünlüyündən danışdı. Sonda  
								iştirakçıların məruzələrinin toplu halında çap 
								olunması tövsiyə olundu.    
								
								
								
								Məhəmməd ZEYNALLI, 
								ADİU-nun "Maliyyə -1" fakültəsi Tələbə Elmi 
								Cəmiyyətinin sədri  |