| 
								 
								
								Naxçıvan Dövlət Universiteti Avropa, Asiya, Şərq 
								universitetləri ilə tərəfdaşlıqla yanaşı, bir 
								sıra beynəlxalq layihələrdə də fəal iştirak 
								edir. Elə bu məqsədlə Naxçıvan Dövlət 
								Universiteti, British Council, Naxçıvan MR 
								Təhsil Nazirliyi arasında üçtərəfli memorandum  
								imzalandı. 
								
								
								İmzalanma mərasimindən öncə universitetin 
								rektoru, akademik İsa Həbibbəyli müasir təhsil 
								sisteminin, modern tədris üsullarının tətbiqinin 
								əhəmiyyətindən danışdı.  Rektor ölkəmizin dünya 
								miqyasında layiqincə tanıdılması üçün xarici 
								dillərin, xüsusilə də ingilis dilinin mükəmməl 
								öyrənilməsinin rolunu qeyd etdi. 
								
								
								British Councilin Azərbaycandakı ofisinin 
								direktoru Pol Klement çıxış edərək təmsil etdiyi 
								təşkilatın fəaliyyəti, "Gələcək uğura aparan 
								körpü" adlı  layihə barədə məlumat verdi. Qeyd 
								olundu ki, layihənin  məqsədi  müəllim və 
								tələbələrin ingilis dili, habelə yeni 
								interaktiv  üsul ilə tədris  sahəsində bilik və 
								bacarıqlarını  sınaqdan  keçirməkdən  
								ibarətdir.  Təlimlərdə Naxçıvan Dövlət 
								Universitetinin  müəllimləri  ilə yanaşı,  
								həmçinin  ali məktəbdə ingilis dili ixtisası  
								üzrə  təhsil alan  IV kurs tələbələri və muxtar 
								respublikanın müxtəlif orta məktəb müəllimləri 
								də iştirak etmişlər. Yeni tədris ilinin 
								başlanması ilə layihənin seçim mərhələlərinə 
								start verilmişdir. Layihə rəhbəri Gülşən 
								Hüseynovanın, British Councilin təlimçiləri, 
								filologiya  elmləri üzrə fəlsəfə doktorları 
								Nərminə Əliyeva və Məlahət Vəliyevanın   
								iştirakı ilə keçirilən müsahibəyə 80-ə yaxın 
								müəllim və tələbə  qatılmışdı. İştirakçılardan 
								yalnız yüksək bilik və ünsiyyət bacarığı 
								nümayiş  etdirən 40 nəfər seçilmişdir ki, onlar 
								oktyabr ayında 4 günlük treninqdə iştirak 
								edəcəklər. Treninqlərə qatılacaq müəllimlər 
								hazırladıqları  mini  layihələrini  təqdim  
								edəcəklər. Ən uğurlu  təqdimatlar British 
								Councilin sertifikatları ilə təltif olunacaq. 
								Yaxın gələcəkdə seçilən  iştirakçıların 
								içərisindən iki ən yaxşı müəllim Naxçıvan  
								Dövlət Universitetinin və British Councilin 
								maliyyə dəstəyi ilə Böyük  Britaniyada    təlim  
								kurslarına  göndəriləcək.  
								
								
								
								Mehriban SULTAN, 
								NDU-nun Mətbuat şöbəsinin müdiri  |