|   | 
										
										
										Yerləşir:  | 
										
										 
										 ÇXR,  
										Pekin şəhəri   | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1911-ci il | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət  | 
									 
									
										| 
										
										İşçi heyətinin ümumi sayı: | 
										
										 7235 
										nəfər | 
									 
									
										| 
										
										Tələbələrin ümumi sayı: | 
										
										
										26746 nəfər | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										 
										
										
										www.tsinghua.edu.cn  | 
									 
								 
								
								
								 Tsinxua 
								Universiteti (Tsinghua University) Çin Xalq 
								Respublikasının paytaxtı  Pekin şəhərində 
								yerləşir və ölkənin ən yaxşı ali təhsil 
								ocaqlarından biridir.  
								
								
								Böyük Britaniyanın "Times Higher Education 
								Supplement - QS World Universities Rankings" 
								jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən, Tsinxua 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								49-cu yerdə olub. 2010-cu ildə dünyanın ən 
								nüfuzlu universitetləri arasında "Times Higher 
								Education World University Rankings"in 
								açıqlamasına əsasən Tsinxua Universiteti 58-ci 
								yeri, "QS World University Rankings"in 
								açıqlamasına görə isə 54-cü yeri tutub. 
								
								
								Tsinxua Universiteti Çin universitetlərini 
								birləşdirən "C9 Liqası"na daxildir.   
								
								
								
								Tarixi  
								
								
								1911-ci ildə Pekin şəhərində öncə Min, sonra isə 
								Tsin kral sülaləsinə məxsus bağda Tsinxua 
								Kolleci (Tsinghua Xuetang) yaradılır. Bu kollec 
								dövlət tərəfindən ABŞ-a təhsil almağa göndərilən 
								gənclərin oxumağı üçün ilkin mərhələ rolu 
								oynayır. Kollecin professor-müəllim heyətini də 
								ABŞ-dan dəvət olunmuş şəxslər təşkil edirdilər. 
								1912-ci ildə kollec Tsinxua Məktəbi 
								adlandırılır. 
								
								
								 1928-ci 
								ildə məktəbin adı hökumət tərəfindən rəsmi 
								olaraq dəyişdirilərək Tsinxua Milli Universiteti 
								olur. İkinci Dünya müharibəsi dövründə Çinin 
								Pekin, Nankin, Tsinxua universitetləri, daha 
								sonra isə Kunmin əyalətində yerləşən Birləşmiş 
								Cənub-Qərbi Milli Universiteti Çanqşa şəhərində 
								Çanqşa Müvəqqəti Universiteti adı altında 
								birləşdirilir. Müharibədən sonra Tsinxua 
								Universiteti Pekinə qaytarılır və fəaliyyətini 
								davam etdirməyə başlayır. 
								
								
								1949-cu ildə Çində vətəndaş müharibəsi zamanı 
								kommunist çevrilişindən və Çin Xalq 
								Respublikasının yaradılmasından sonra Tsinxua 
								Universitetinin prezidenti Mey Yi-Qi və bir neçə 
								professor Tayvana qaçır və orada 1955-ci ildə 
								Tayvanın Milli Tsinxua Universitetini 
								yaradırlar.  
								
								
								1952-ci ildə Çin Xalq Respublikası hökuməti 
								sovet təhsil sisteminə uyğun olaraq ali 
								məktəbləri xüsusi ixtisaslaşmış ayrıca 
								institutlara bölür. Hüquq, kənd təsərrüfatı, 
								dəqiq və humanitar elmlər Tsinxua 
								Universitetindən alınır və ali məktəb politexnik 
								yönümlü universitetə çevrilir. Universitet 
								texniki elmlərin inkişafına görə çox uğurlar 
								qazanır. Lakin 1980-ci ildən sonra burada 
								fənlərarası proqramlar tətbiq olunmağa başlayır. 
								Nəticədə bir neçə məktəb yenidən bərpa edilir, 
								eləcə də yeniləri yaranır (Elmlər, Biznes və 
								Menecment, Humanitar və Sosial Elmlər, Hüquq, 
								Dövlət Siyasəti və İdarəetmə məktəbləri, Dizayn 
								və İncəsənət Akademiyası).  
								
								
								
								Büdcə və təhsil haqqı  
								
								
								 Tsinxua 
								Universitetində təhsil haqqı tələbənin seçdiyi 
								ixtisasdan asılı olaraq dəyişir. Bakalavr 
								pilləsində təhsil haqqı 20000-50000 yuan, 
								magistratura pilləsində 30000-70000 yuan, 
								doktorantura pilləsində isə 30000-60000 yuan 
								arasında dəyişir. 
								
								
								Bu ali təhsil ocağında 1000-ə qədər əcnəbi 
								tələbə yerləşdiriləcək yataqxanalar mövcuddur. 
								Yataqxanalarda İnternet, telefon, kondisioner, 
								televizor və s. avadanlıqlarla təchiz edilmiş 
								bir, iki və daha çox nəfərlik otaqlar 
								tələbələrin istifadəsinə verilib. Otaqların 1 
								sutkalıq qiyməti 40-100 yuan arasında dəyişir. 
								Kampusda tələbələrə tibbi xidmət göstərilir. 
								Tibbi sığortanın 1 illik qiyməti 600-1000 
								yuandır.    
								
								
								
								Universitet bu gün  
								
								
								Tsinxua Universitetinin kampusu Pekin şəhərinin 
								şimal-qərbində universitetlər və digər akademik 
								müəssisələr üçün nəzərdə tutulmuş Haydyan 
								rayonunda 395 hektar ərazidə yerləşir. Tsin kral 
								sülaləsinə məxsus bağda tikilmiş kampusda Çin 
								memarlıq nümunəsinə aid binalar, Çin üslubunda 
								salınmış bağ və parklar mövcuddur. Burada ilk 
								vaxtlar Amerika məktəbi fəaliyyət göstərib, bu 
								da kampusun binalarının rəngarəngliyinə təsir 
								edib. Şəhərcikdə Qərb memarlıq üslubuna aid 
								çoxlu sayda tikili var. Urban-Şampeyndəki 
								İllinoys Ştatı Universitetinin 1914-cü ildə 
								məzunu olmuş T.Çuanq Tsinxua Universiteti 
								şəhərciyinin tikintisində iştirak edib və işində 
								Amerika memarlıq üslubuna müraciət edib. Tsinxua 
								Universitetinin simvolu qədim darvazadır. 
								Kampusun ən məşhur yerlərindən Qonq Zi Tinq kral 
								imarətini, Hi Tanq Yu Se (Ay işığı düşən göl), 
								Böyük auditoriya, Tsinxua rəsədxanasını, Tsinxua 
								Elm parkını və s. nümunə göstərmək olar. 
								"Forbes" jurnalı 2010-cu ildə Tsinxua 
								Universitetinin kampusunu dünyanın ən gözəl 
								universitet şəhərciklərindən biri kimi 
								dəyərləndirib. Bu ali məktəb həmin siyahıda adı 
								olan yeganə Asiya universitetidir. 
								
								
								Tsinxua Universitetinə aid bütün akademik, 
								inzibati, yaşayış binalarının hamısı kampusda 
								yerləşir. Yalnız universitetin Pekin şəhərinin 
								şimalındakı Nüvə və Yeni Enerji Texnologiyaları 
								İnstitutu istisna təşkil edir. 
								
								
								 Tsinxua 
								Universiteti aşağıdakı məktəb və fakültələrdən 
								ibarətdir: 
								
								
								Memarlıq Məktəbinin nəzdində Memarlıq, 
								Şəhərsalma və layihələşdirmə, Tikinti elmləri, 
								Landşaft arxitekturası departamentləri fəaliyyət 
								göstərir. 
								
								
								Vətəndaş Mühəndisliyi Məktəbində Vətəndaş, 
								Hidravlik mühəndisliyi, Tikinti İdarəetməsi 
								departamentləri mövcuddur.  
								
								
								Maşınqayırma Məktəbində Mexanika mühəndisliyi, 
								Dəqiq cihazlar və maşınqayırma, İstilik, 
								Avtomotiv, Sənaye mühəndisliyi departamentləri 
								mövcuddur. 
								
								
								Kosmos Məktəbinin nəzdində Mühəndislik 
								mexanikası, Aeronavtika və Astronavtika 
								departamentləri fəaliyyət göstərir.  
								
								
								İnformasiya Elmləri və Texnologiya Məktəbində 
								Elektronika mühəndisliyi, Kompüter elmləri və 
								Texnologiya, Avtomatlaşdırma, Mikroelektronika 
								və Nanoelektronika departamentləri, Software 
								(Proqram Təminatı) Məktəbi, Mikroelektronika 
								İnstitutu fəaliyyət göstərir. 
								
								
								Elmlər Məktəbinə Riyaziyyat elmləri, Fizika, 
								Kimya departamentləri daxildir.   
								
								
								 Humanitar 
								və İctimai Elmlər Məktəbində Fəlsəfə, Çin dili 
								və ədəbiyyatı, Xarici dillər, Tarix, 
								Sosiologiya, Siyasi elmlər, Beynəlxalq əlaqələr, 
								Psixologiya departamentləri mövcuddur. 
								
								
								İqtisadiyyat və İdarəetmə Məktəbinə İdarəetmə 
								elmləri və mühəndislik, İqtisadiyyat, Maliyyə, 
								Mühasibatlıq, İnnovasiya və sahibkarlıq, İnsan 
								resursları və təşkilatçılıq, Biznes strategiyası 
								və siyasət, Marketinq departamentləri daxildir.
								 
								
								
								Tibb Məktəbinin nəzdində Tibb, Əczaçılıq 
								elmləri, Biotibbi mühəndislik departamentləri 
								fəaliyyət göstərir. 
								
								
								Jurnalistika və Kommunikasiya Məktəbi 2002-ci 
								ildə yaradılıb. Məktəbdə Beynəlxalq 
								Kommunikasiya, Yeni Media Tədqiqatları, Film və 
								Televiziya, Media İdarəetmə və Mədəni Sənaye 
								Elmləri mərkəzləri fəaliyyət göstərir. 
								 
								
								
								İctimai Siyasət və İdarəetmə Məktəbi MA, Ph.D, 
								MPA, MID akademik proqramları təklif edir. 
								Məktəbin Beynəlxalq Strategiya və İnkişaf, 
								Tayvan Tədqiqatları, İctimai siyasət, Hökumət 
								institutları, Çin tədqiqatları, NGO 
								elmi-tədqiqat mərkəzləri mövcuddur.   
								
								
								 Hüquq 
								Məktəbində Kommersiya hüququ, Mülki hüquq, 
								Hüquqi Norma və İnsan Haqları, İntellektual 
								mülkiyyət hüququ, Konstitusiya qanunu və Mülki 
								hüquq, Beynəlxalq hüquq, Tsinxua hüquq jurnalı 
								və s. mərkəzlər fəaliyyət göstərir.  
								
								
								Həyat Elmləri Məktəbi Biofizika və Struktur 
								biologiyası, Hüceyrə və inkişaf biologiyası, 
								Halobois, Daxili institutlardan, Biomembran və 
								membran biotexnologiyası, Antişiş zülalı 
								terapevtik texniki, Pekin aparıcı protein 
								laboratoriyalarından, Eksperimental biologiya 
								mərkəzindən ibarətdir.  
								
								
								İncəsənət və Dizayn Akademiyası İncəsənət 
								tarixi, Sənaye dizaynı, Ekoloji incəsənət 
								dizaynı, Keramika dizaynı, Vizual əlaqələndirmə 
								dizaynı, Tekstil və moda dizaynı, İncəsənət və 
								sənətkarlıq, Rəssamlıq, Heykəltəraşlıq, 
								İncəsənət və Dizayn informasiyası 
								departamentlərindən ibarətdir. 
								
								
								Yuxarıda sadalananlarla yanaşı, Tsinxua 
								Universitetində Marksizm məktəbi, Elektrik 
								mühəndisliyi, Fizika texnologiyası, Kimya 
								texnologiyası, Fiziki təhsil departamentləri 
								fəaliyyət göstərir 
								
								
								Tsinxua Universitetinin kitabxana sisteminə 3,5 
								milyon cilddən çox kitab,  300000 qədim kitab, 
								qəzet, dissertasiya, 70000 mikroforma, 30000 
								dissertasiya, eləcə də 920000 elektron kitab, 
								42000 elektron jurnal və s. daxildir.  
								Universitetin kitabxanası 1912-ci ildə 
								yaradılıb, 1994-cü ildə isə kitabxananın yeni 
								binası istifadəyə verilib. Hazırda kitabxana 
								kampusda 28 min m2 ərazini əhatə edir. 1990-cı 
								illərdən başlayaraq kitabxana avtomatlaşdırma və 
								şəbəkəyə çıxış üzrə böyük nailiyyətlər əldə 
								edib.   
								
								
								 Tsinxua 
								Universitetinin prezidenti, eləcə də Elmi 
								Dərəcələrlə Təltif Etmə Komitəsinin sədri, 
								ixtisasca mühəndis-fizik Qu Binqlindir. Yeddi 
								vitse-prezident ali məktəbin idarəolunmasında 
								prezidentə yardım edir.  Universitet Şurasının 
								sədri Hyu Hepinqirdir, onun isə 12 
								vitse-köməkçisi var. Akademik İşlər üzrə 
								Komitənin sədri Qian Yidir. Bu ali məktəbdə 
								ümumilikdə 7235 nəfər işçi çalışır. Onların 4868 
								nəfərini akademik, qalanlarını isə inzibati 
								heyət təşkil edir. Akademik heyət arasında 1142 
								nəfər professor, 37 nəfər Çin Elmlər 
								Akademiyasının, 37 nəfər Çin Mühəndislik 
								Akademiyasının üzvü, 2 nəfər Nobel, 1 nəfər 
								Türinq (Endryu Çi-Çin Yao) mükafatı laureatı 
								var. Müəllimlərin əməkhaqqı ildə orta hesabla 
								40000-65000 yuan təşkil edir. 
								
								
								Bir sıra dünya liderləri Tsinxua Universitetinin 
								fəxri doktorlarıdır və burada mühazirələrlə 
								çıxış ediblər. Həmin şəxslərdən Bill Klintonu, 
								Toni Bleyeri, Henri Kissinceri, Karlos Qosnu, 
								Henri Polsonu qeyd etmək olar. 
								
								
								2009-2010-cu tədris ilində Tsinxua 
								Universitetində 26746 nəfər tələbə təhsil alıb. 
								Tələbələrin 13915 nəfərini bakalavr, 7515 
								nəfərini magistrant, 5316 nəfərini isə 
								doktorantlar təşkil ediblər. Əcnəbi tələbələrin 
								sayı həmin tədris ilində 2740 nəfər olub. 
								Dünyanın 114 ölkəsindən gələn əcnəbi gənclər 
								arasında Koreya, ABŞ, Kanada, Almaniya, 
								Yaponiyadan olanlar çoxluq təşkil edirlər. 
								Əcnəbilər, əsasən, dəqiq  
								elmlər və mühəndislik sahələri üzrə təhsil almaq 
								məqsədi ilə bu ali məktəbi seçirlər. 
								
								
								Tsinxua Universiteti özünün yüksək elmi 
								səviyyəsi və təhsil keyfiyyəti ilə dünyada 
								xüsusi nüfuza malikdir. Gələn il 100 illik 
								yubileyini qeyd edəcək universitet öz ölkəsində 
								yüksək səviyyəli kadr hazırlayan dövlət ali 
								təhsil ocağıdır. Mərkəzi hökumət və Maarif 
								Nazirliyinin köməyi, onların tədqiqatlara 
								ayırdığı qrantlar, "Layihə 211" və "985-ci Plan" 
								Dövlət Proqramlarının dəstəyi nəticəsində 
								universitet yeni inkişaf mərhələsinə qədəm 
								qoyub. Tsinxua Universitetinin gələcək strateji 
								məqsədi Çində kadr və sosial-iqtisadi 
								problemləri aradan qaldırmaq üçün yeni 
								çoxprofilli təhsil və elmi proqramlar həyata 
								keçirmək, innovasiya tipli nəhəng elmi-tədqiqat 
								mərkəzinə çevrilməkdir. Şüarı "Şəxsi intizam və 
								ictimai məsuliyyət", əzmi isə "Fəaliyyət 
								sözlərdən daha uca danışır" kəlmələrindən ibarət 
								olan Tsinxua Universiteti özünü Çin cəmiyyətinin 
								rifahı və dünya elminin inkişafına həsr edib.   
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Hu Szintao | 
										
										
										Çin Xalq Respublikasının prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Si Szinpin | 
										
										
										Çin Xalq Respublikasının 
										vitse-prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Çju Ronqji   | 
										
										
										Çin Xalq Respublikasının sabiq Baş 
										naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Tzya Çunvanq  | 
										
										
										Çinin sabiq dövlət təhlükəsizliyi 
										naziri      | 
										  | 
									 
									
										|   | 
										
										
										Tsunq-Dao Li  | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Yanq Çen Ninq  | 
										
										 fizika 
										üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Şinq-Şen Çern | 
										
										
										riyaziyyat üzrə Vulf mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Lyan Qiçao | 
										
										
										alim, jurnalist, filosof, reformator | 
										  | 
									 
									
										|   | 
										
										
										Syan Çjunşu  | 
										
										
										məşhur Çin yazıçısı | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |