| 
								 
								
								 Bakı 
								şəhər  1 nömrəli  İxtisaslaşdırılmış Olimpiya  
								Ehtiyatları  Uşaq-Gənclər  Şahmat- Dama 
								Məktəbinin 8 yaşlı yetirməsi  Abdulla 
								Qədimbəyli  Bakıdakı  287 nömrəli "Zəkalar" 
								liseyinin III sinif şagirdi, dərs əlaçısıdır. 
								Hələ 4 yaşında idmanın  şahmat növünə  maraq 
								göstərən Abdulla, artıq 5  yaşında olarkən 
								şahmat yarışlarında iştirak edib, çoxlu kubok və 
								medallar qazanıb. 2007-ci ildə  məktəbdə 
								keçirilən şahmat yarışında I, Bakı  
								birinciliyində II, 2008-ci il Azərbaycan 
								birinciliyində III, "Bilik günü"nə həsr olunmuş 
								şahmat yarışlarında II, 2009-cu il Gəncədə I 
								Beynəlxalq  uşaq şahmat festivalında I, ulu 
								öndər Heydər Əliyevin  anadan olmasının 87-ci 
								ildönümünə  həsr olunmuş yarışda I, "Bakı 
								Open-2009" uşaq şahmat turnirində I yerləri  
								qazanıb. Abdulla dəfələrlə  öz yaşıdları 
								arasında keçirilən  dünya və  Avropa 
								birinciliklərinin  qalibi olub. O, beynəlxalq 
								yarışlarda - Bolqarıstanda, Vyetnamda, 
								Türkiyədə  və s. ölkələrdə  I yerləri tutaraq 
								qələbə ilə  Vətənə qayıdıb.  
								
								
								Bu günlərdə isə Gürcüstanın Batumi şəhərində öz 
								yaş qrupunda  oğlanlar arasında keçirilən  
								Avropa çempionatında I yeri tutaraq qızıl medala 
								layiq görülüb.  
								
								
								İkiqat Azərbaycan və Avropa çempionu adını 
								qazanan Abdullanın  məşqçisi,  beynəlxalq  
								dərəcəli qrossmeystr  Fərid Abbasov  öz 
								yetirməsinin  gələcəkdə  güclü  şahmatçı 
								olacağına  əmindir.   
								
								
								
								Sifai SƏFƏROVA  |