| 
								 
								
								 Bill 
								Qeyts 1955-ci ildə Amerikanın Seattle 
								vilayətində dünyaya göz açıb. O, Microsoft 
								şirkətinin yaradıcılarından biri və başkanıdır. 
								"Forbes" dərgisinə görə, 2009-cu ildə o, 
								dünyanın ən varlı iş adamı olub. Varidatının 
								həcmi 60 milyard dollardır. Amerikalı iş adamı 
								Qeyts 2 nəfərlik şirkətini (Microsoft) məşhur  
								bir kompüter şirkətinə çevirdi. Qeyts 20-ci 
								yüzilliyin son vaxtlarında ən uğurlu şirkət 
								rəhbərlərindən biri oldu. Vəkil  ata ilə müəllim 
								ananın oğlu olaraq dünyaya gələn Qeyts hələ uşaq 
								yaşlarından kompüterə maraq göstərmişdir. O, 12 
								yaşında ikən özəl bir məktəbdə informatika 
								kurslarına getmiş, kompüter biliyini 
								artırmışdır.  
								
								
								Məktəb yoldaşı Paul Allen ilə birlikdə boş 
								vaxtlarında kompüter proqramları üzərində 
								çalışaraq, elmin dərinliklərini mənimsəyirdi. 
								Yaxınlıqdakı bir şirkətin kompüterlərini pul 
								ödəmədən istifadə edə bilmək məqsədilə iki 
								yoldaş istifadəçilər üçün proqram səhvlərini 
								axtarıb tapırdılar. Bu şəkildə kompüter 
								sahəsində mütəxəssisləşən şagirdlər  1972-ci 
								ildə ilk şirkətlərini (Traf-o data) qurdular. Bu 
								şirkətdə dostlar uğur və nailiyyətlər qazanaraq 
								yeni-yeni işlərə addım atdılar. Bu şirkət bir 
								trafik sayma və idarə sistemi üçün proqramlar 
								çıxararaq dərhal  20000 dollarlıq satış etdi. 
								 
								
								
								 Fərdi 
								kompüterlər 70-ci illərin ortasında hələ  
								inkişaflarının ilk mərhələsində idi.  MITS 
								şirkətinin Altair adını verdikləri ən önəmli 
								nümunəsi hələ tək işlənə bilən bir proqrama  
								sahib olmayıb, ancaq tamamlanmamış bir əməliyyat 
								sisteminə sahib idi. Qeyts və Allenin 1974-cü 
								ildə yaratdıqları, inkişaf etdirdikləri proqram 
								dili BASİC sayəsində kompüter istifadəçiləri 
								proqramlarını özləri yaza bilirdilər. MITS 
								şirkəti gənc araşdırmaçılardan  satışa çıxarma 
								sənədini satın alaraq sistemi daha da inkişaf 
								etdirmələri  üçün sifariş verdi.  
								
								
								Bill  Qeyts 1975-ci ildə Harvard Universitetinə 
								daxil olub, ancaq  təhsilini buraxaraq Allen ilə 
								birlikdə Albuquerque Neu Mexicoda Microsoft adlı 
								şirkəti qurdu. Microsoft  stabilliklə mikro 
								kompüterlər üçün proqramı inkişaf etdirməyə həsr 
								edən ilk işlətmələrdən biridir. Aradan qısa bir 
								müddət keçdikdən sonra "General Electric" kimi 
								şirkətlər müştəriləri arasında idi.  1977-ci 
								ildə Pol Allenlə Bill Qeyts arasında yoldaşlıq 
								razılığı imzalanır. Həmin ildə Qeyts alətlərini 
								BASİC ilə təchiz edə bilmək məqsədilə Apple 
								fərdi kompüter istehlakçıları ilə müqavilələr 
								imzaladı. Ayrıca FORTRAN, KOBOL və Paskal 
								proqramlama dili kimi proqram dillərini inkişaf 
								etdirməklə Microsofta bir üstünlük və beynəlxalq 
								bazar yollarına çıxmaq şəraitini yaratdı. 
								1978-ci ildə Microsoft adlı ilk beynəlxalq satış 
								ofisi  Yaponiyada açıldı.  1979-cu ildə 
								Microsoftun əsas ofisi Əlbukərkədən Vaşinqton 
								ştatının Bellevyu şəhərinə köçürülür. Qeyts 13 
								işçisi ilə təxminən 3 milyon dollarlıq bir satış 
								reallaşdıra bildi. Qeyts ağıllı uzaqgörənliklə 
								80-ci illərdə dünya səviyyəsində satış 
								rekordları əldə etdi. 1000 işçisi olan şirkət 
								80-ci illərin ortasında Avropada şöbələr qurdu. 
								
								
								 Şirkətin 
								başçısı Qeyts tutarlı qrup işinə və  səmərə 
								qanununa əhəmiyyət verirdi. Qeyts əməliyyat 
								sisteminə paralel olaraq tətbiq proqramları 
								sahəsində son dərəcə müvəffəqiyyətli işlər 
								ortaya qoyurdu. Microsoftun proqram sahəsindəki 
								qəti müvəffəqiyyəti Apple şirkətinin özlərinə 
								verdikləri sifarişlə reallaşdı. Qeyts şirkətini 
								1986-cı ildə anonim şirkətə çevirdi. Aradan çox 
								keçmədən tək öz payının dəyəri 1 milyard  dollar 
								oldu. 
								
								
								MS-DOS əməliyyat sisteminin qrafik 
								yaxşılaşdırması olan Vindovsun inkişaf 
								etdirilməsi işlərinə Qeyts 1985-ci ildə 
								başlamışdır. Vindovs bir satışa çıxarma 
								kompaniyası ilə çox müvəffəqiyyət qazandı. 
								Microsoft sistemi proqram işçiləri ilə daha da 
								genişləndirildi. Qeyts xüsusilə Vindovsu daha 
								sadə və daha rahat bir formaya salmağa əhəmiyyət 
								verirdi. Microsoft 1993-cü ildə mübahisə və 
								müzakirəsiz bazarın lideri oldu. İllik gəlir 36 
								milyard dollar birja dəyəri 140 milyard dolların 
								üstündə idi. Qeytsin fərdi sərvəti təxminən 62 
								milyard dollar (2007-ci ilin fevral ayına görə) 
								təxmin edilməkdədir. Qeyts 2008-ci ildə 
								Microsoftun reklamlarında iştirak etdi. Qeyts 
								dünyanın ən varlı insanlarından biridir. Evinin 
								böyüklüyü 5000  kv metrdir. Qeyts evində məşhur 
								rəssam Leonardo Da Vinçinin əlyazmalarını 
								saxlamaqdadır. Bill Qeyts saniyədə 250 dollar 
								qazanmaqdadır.  
								
								
								
								Hazırladı:  
								Rəşad ZİYADOV  |