| 
								 
								
								 Ölkə 
								başçısının  idmana  göstərdiyi diqqət və 
								qayğının nəticəsidir ki, bu gün yeniyetmələrin 
								və gənclərin böyük əksəriyyəti idmanla məşğul 
								olur, sağlam həyat tərzi keçirirlər. Əlbəttə, 
								bu, çox sevindiricidir. Belə yeniyetmələrdən 
								biri də  Bakıdakı 258 nömrəli orta məktəbin 
								11-ci sinif şagirdi Tural Ağazadədir. O, idmanın 
								karate  növü ilə məşğul olur. Hələ uşaq 
								yaşlarından idmana maraq göstərən Tural 12 
								yaşında ölkəmizdə idman cəmiyyətləri arasında 
								keçirilən yarışlarda uğurlar qazanaraq I yerə 
								çıxmışdır.  
								
								
								Tural 2009-cu il mayın 25-də "Kanazava" 
								kubokunda I yer, Gürcüstanın  Batumi şəhərində 
								keçirilən "Prezident" kubokunda I yer, noyabr və 
								dekabr  aylarında isə  Bakı və respublika  
								birinciliklərində I yeri tutmuşdur. O, 2010-cu 
								ildə Bakıda keçirilən "Bakı Open" beynəlxalq 
								turnirində qələbə qazanaraq həmin ilin 
								sentyabrında İtaliyanın Venesiya şəhərində 
								keçirilən Avropa çempionatına vəsiqə qazanmış və 
								həmin turnirdə komanda və şəxsi döyüşlərdə də 
								qələbə qazanaraq I yeri tutmuşdur.   
								
								
								Rəşad ZİYADOV  |