| 
								 
								
								Oktyabrın 12-də  Bakı Slavyan Universitetində 
								Belarus Respublikasının ölkəmizdəki səfirliyi və 
								BSU-nun birgə  təşkilatçılığı ilə Belarus dili 
								və mədəniyəti mərkəzində BSU və BDPU-nun 
								(Belarus Dövlət Pedaqoji Universiteti) 
								elmi-pedaqoji  kollektivlərinin birgə  
								fəaliyyətinin nəticəsi olan "Dil-ədəbiyyat və 
								ictimai-siyasi elmlər" seriyalarının cəmləşdiyi 
								"Elmi əsərlər"in təqdimetmə mərasimi   
								keçirildi. 
								
								
								Mərasimi giriş sözü ilə açan Belarus 
								Respublikasının ölkəmizdəki fövqəladə və 
								səlahiyyətli  səfiri  N.Y.Patskeviç qeyd etdi 
								ki,  Azərbaycanla Belarus arasında bütün sahələr 
								üzrə  münasibətlər yüksək səviyyədə inkişaf 
								etmişdir: "Əminəm ki, humanitar sahədə də 
								genişlənən əlaqələrimiz dövlətlərimiz  arasında 
								qarşılıqlı dostluq və  qardaşlıq  
								münasibətlərinin möhkəmlənməsinə kömək  
								edəcəkdir". 
								
								
								BSU-nun rektolru, AMEA-nın müxbir üzvü, 
								professor Kamal Abdullayev iki ölkə arasında 
								dostluq əlaqələrinin möhkəmləndirilməsində 
								görülən işlərin  vacibliyindən danışdı. 
								
								
								Azərbaycan Respublikası  Prezidenti yanında Ali 
								Attestasiya Komissiyasının, Azərbaycan - Belarus 
								Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Arif  
								Mehdiyev iki ali məktəbin yaradıcı kollektivini 
								"Elmi əsərlər"in nəşri münasibəti ilə təbrik 
								etdi və birgə görülən işin əhəmiyyətini 
								dəyərləndirdi.  
								
								
								Təqdimetmə mərasimi diskussiya  şəraitində başa 
								çatdı.   
								
								
								
								Şakir CƏFƏROV  |