| 
								 
								
								Oktyabrın 9-da Azərbaycan  Texniki 
								Universitetində "İnsan alverinə qarşı mübarizə" 
								mövzusuna  həsr olunmuş tədbir keçirildi. 
								
								
								Tədbirdə  Təhsil Nazirliyinin baş məsləhətçisi 
								Eldar Əlizadə, Daxili İşlər Nazirliyi İnsan 
								Alverinə  Qarşı Mübarizə Baş İdarəsinin şöbə 
								rəisi, polis polkovnik-leytenantı Fuad Əliyev, 
								Beynəlxalq  Miqrasiya Təşkilatının Bakı ofisinin 
								müdiri Sərxan Aktoprak, Təmiz Dünya 
								Qeyri-Hökumət Təşkilatının prezidenti Mehriban 
								Zeynalova, ATU-nun professor- müəllim  heyətinin 
								üzvləri  və tələbələr iştirak edirdilər. 
								
								
								ATU-nun tərbiyə işləri   üzrə prorektoru İsa 
								Xəlilov "İnsan alverinə qarşı mübarizə" 
								mövzusunda məruzəsində gənclərimizi ayıq-sayıq 
								olmağa, istismara məruz qalmamağa, bu təhlükədən 
								uzaq olmağa  çağırdı.  
								
								
								Sonra çıxış edənlər  insan alverinə qarşı 
								mübarizənin günün  vacib tələbi olduğunu diqqətə 
								çatdırdılar. Qeyd etdilər ki, insan alverinin 
								törətdiyi fəsadlardan insanları xilas etmək 
								lazımdır. Diqqətə çatdırıldı ki, artıq  17 ali 
								təhsil  müəssisəsində bu istiqamətdə 
								maarifləndirmə işləri aparılıb. Qeyd edildi ki, 
								insan alveri ilə mübarizə bütün ictimaiyyəti 
								düşündürməli və hamı buna qarşı mübarizə 
								aparmalıdır.   
								
								
								Tədbirin sonunda tələbələrin  mövzu ilə bağlı 
								sualları qonaqlar tərəfindən cavablandırıldı.  
								
								
								
								Sifai SƏFƏROVA  |