| 
								 
								
								Dərs ilinin əvvəlində "Vahid Rusiya"nın dəstəyi 
								ilə yaradılmış "Sağlam uşaqlar - Sağlam Rusiya" 
								adlı yeni layihə start götürülb. Layihə 
								çərçivəsində Moskvadakı 879 nömrəli məktəbdə 
								Rusiyanın idman ulduzlarının rəhbərliyi altında 
								"açıq dərs" təşkil olunub. 2005-ci ilin mütləq 
								dünya çempionu, komanda hesabında və 
								çoxnövlülüyün ayrı-ayrı növlərində dəfələrlə 
								dünya və Avropa çempionu olmuş Olqa Kapranova, 
								İrina Viner Akademiyasının məşqçisi, bədii 
								gimnastika üzrə idman ustası Natalya Volkova, 
								gimnastikanın ayrı-ayrı  növlərində dəfələrlə 
								dünya kubokunun qalibi, dünya gimnastika 
								oyunlarının gümüş mükafatçısı Lyaysan Utyaşeva 
								məktəblilərə şəxsi idman nümunəsi göstərmişlər. 
								Rusiya Dövlət Duması sədrinin müavini, olimpiya 
								çempionu Svetlana Jurova da dərsdə iştirak edib. 
								
								
								Adlı-sanlı idmançılar uşaqlara hərəkət 
								elementlərini, gimnastika və akrobatika 
								kombinasiyaları, musiqi-səhnə proqramlarından 
								parçalar nümayiş etdiriblər.  
								
								
								Hazırladı: Y.ƏLİYEV  |